İstanbulda attestatla təhsil
Dünyaya göz açdığımız gündən bəri daim axtarışdayıq. Yeni şəhərdə yaşamaq, müxtəlif insanları tanımaq, fərqli dadları, mədəniyyətləri, zövqləri kəşf etmək, yeni bacarıqlar, vərdişlər qazanmaq və bu siayhını artıra biləcəyimiz sonsuz seçimlər… Verdiyimiz qərarlar hər zaman həyatımızda istər müsbət istərsə də mənfi istiqamətlərdə dərin izlər buraxar. Hansı ki, bu izlərin sayəsində biz xarakterimizi, şəxsiyyətimizi formalaşdırarıq. İstənilən halda qazanılan bütün təcrübələr həyat yolumuzun istiqamət bələdçiləridir. Yaşadığımız yerdən, ailədən, iqlimdən və digər bütün şərtlərdən asılı olmayaraq məqsədimiz bizim üçün ən doğru olan istiqamətlərə yönələ bilməkdir. İstər şəxsi həyat istərsə də karyera baxımından uğurlu olmaq üçün mübarizə apararıq. Xoşbəxtliyin sirri də elə bundadır. Hər zaman seçimlər edər, öz zəhmətimizi, cəsarətimizi, əzmliliyimizi ortaya qoyar və bunun mükafatını gözləyərik. Təbii ki, burada söhbət hər hansısa qızıldan, fərqli materialdan hazırlanan böyük çempionluq mükafatından getmir. Çünkü bütün mükafatlar material formada əldə edə biləcəyimiz detallardan ibarət deyil. Məsələn, səhnələrdən sevə-sevə izlədiyimiz uğur hekayələri qazanılan biləcək ən böyük nailiyyətlərdən hesab oluna bilər. Həmin pilləyə gəlib çatmaq üçün isə uzun illərin zəhməti tələb olunur. Təbii ki, doğru zamanda verilən qərarların da böyük rolu vardır. Ümumi olaraq qeyd etsək, deyə bilərik ki, bütün uğur hekayələrinin arxa fonunda dayanan ortaq məsələlərdən biri də ali təhsil seçimidir. Universitetin adından tutmuş yerləşdiyi şəhərə, təhsil alan tələbələrinə qədər bütün detalların həyatımızda mütləq mənada önəmi böyükdür. Bu baxımından məşhur atalar sözündə olduğu kimi desək, “Yüz ölçüb bir biçmək lazımdır”… Bu gün sizə faydalı olacağını düşünərək qardaş ölkə Türkiyənin həyat dolu şəhəri olan İstanbulda təhsil almaq imkanlarından danışacağıq. Gəlin, ilkin olaraq İstanbulda tələbə olmağın üstünlüklərinə nəzər salaq.
İstanbulda tələbə olmağın üstünlükləri
Avropa və Asiyanı bir-birinə qovuşduran, mədəniyyətin beşiyi, füsunkar şəhər olan İstanbul həyatınızda unudulmaz xatirələr qazanmaq üçün ən ideal seçimdir. Qədimilik və müasirliyin harmoniyası, canlı şəhər həyatı, dəniz mənzərəsi ilə insan ruhunu valeh edən şəhər həm də beynəlxalq tələbələr üçün yüksək səviyyəli təhsilin vətənidir. Dünyanın sayılıb-seçilən və yüksək reytinq göstəricilərinə sahib universitetləri arasında yer alan Türkiyənin ali təhsil ocaqları azərbaycanlı tələbələrin ən çox üz tutduğu istiqamətlərdən biridir. Hansı ki, onlar arasında İstanbulda yerləşən universitetlər üstünlük təşkil edir. Bəs gəlin görək,
İstanbulda tələbə olmağın hansı üstünlükləri var?
- rəngarəng şəhər həyatı
- yüksək səviyyəli təhsil imkanları
- tək attestatla bakalavr təhsili almaq imkanı
- saysız təcrübə keçmək imkanları
- nəhəng şirkətlərdə karyera qurmaq şansı
- təqaüdlü təhsil fürsətləri
- Avropa universitetlərinə keçid imkanı
- münasib təhsil haqqları
- geniş ixtisas seçimləri
- beynəlxalq diplomla təminat
- fərqli ölkələrdən yeni dostlar qazanmaq şansı və s.
Sadəcə attestatla İstanbulda necə təhsil almaq olar?
İstanbulda yerləşən nüfuzlu universitetlər sadəcə attestat sənədiylə azərbaycanlı tələbələr üçün bakalavr təhsili almaq şansı yaradır. Bunun üçün hər hansısa əlavə qəbul imtahanlarında iştirak etmək tələb olunmur. Ancaq digər vacib bir məqam vardır ki, universitetlər tərəfindən YÖS, İELTS, SAT, ALES, TÖMER və s. kimi imtahanlarda iştirak etmək tələb oluna bilər. Bu isə tələbələrin türkcə və ya ingilscə təhsil almaq istəyindən asılı olaraq dil biliklərini təsdiq edən imtahanlardır. Bu imtahanlarda iştirak etmək üçün həm ölkəmizdə həm də Türkiyədə tələbələr üçün şərait yaradılır. İstənilən halda daha dəqiq məlumat üçün universitetlərin rəsmi qəbul qaydaları ilə tanış olmaq və tələb olunan şərtlərə əməl etmək lazımdır. Gəlin, imtahanlar barəsində qısa tanış olaq.
YÖS – Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin yalnız bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İmtahanın nəticəsindən asılı olaraq tibb, mühəndislik, memarlıq, hüquq, əczaçılıq, psixologiya və müəllimlik kimi bir çox ixtisaslarda təhsil almaq mümkündür. YÖS imtahanı adətən 80 sualı əhatə edir. Dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablamaq tələb olunur. Bəzi universitetlər YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.
İELTS – International English Language Testing System – Beynəlxalq İngilis Dili İmtahanı Sistemi – namizədlərin ingilis dili biliklərini yoxlayan beynəlxalq imtahan növüdür. Dünyanın əksər ali təhsil ocaqları tərəfindən daha çox bu imtahanın sertifikatı tələb olunur. İmtahan zamanı namizədlərin, oxumaq, danışmaq, yazmaq və anlamaq bacarıqları yoxlanılır. İmtahan nəticəsi iki il ərzində keçərli olur. Topladığınız bal Avropanın, Amerikanın, Türkiyənin nüfuzlu universitetlərində təhsil almağınızı təmin edir.
TOEFL – Test of English as a Foreign Language İELTS
imtahanları ilə oxşar olsa da, strukturu bir qədər fərqli olan bu imtahan növündə namizədlərin ingilis dili biliyi yoxlanılır. İmtahan nəticəsiylə Türkiyə, Avropa və Amerikada təhsil almaq mümkündür. Bu imtahanda ingilis dilində oxumaq, qulaq asmaq, danışmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları aralığında olur.
SAT – (Scholastic Aptitude Test) imtahanı Amerikada
bakalavr təhsili almaq istəyən namizədlər arasında populyarlaşan imtahan növüdür. Eyni zamanda nüfuzlu Türkiyə universitetlərinə həmçinin ölkəmizdə ADA universitetinə qəbul olmaq üçün keçərli hesab olunur. İlkin mərhələdə “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarət test suallarını cavablamağınız tələb olunur. Əgər seçiminiz Amerikada təhsil almaqdırsa hər üç bölməninin suallarını cavablamalısınız. Ancaq Türkiyə universitetlərinə qəbul zamanı isə ilk iki bölmənin suallarını cavablamaq kifayətdir. Daha sonra İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin kimi fənnlərdən birini seçib sualları cavablayaraq imtahan prosesini yekunlaşdırırsınız. Fənn seçimini isə müraciət edəcəyiniz universitetin tələblərinə uyğunlaşdırmağınız önəmlidir. SAT imtahanı ildə 7 dəfə təqribən hər iki aydan bir keçirilir. İmtahana qeydiyyat üçün (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz.
İstanbulda tək attestatla təhsil almaq üçün hansı sənədlər tələb olunur?
Təhsil almaq istədiyiniz universitetdən asılı olaraq sənədlərin siyahısı fərqlənə bilər. Bunun üçün həmin universitetin rəsmi saytına nəzər sala və ya imeyl vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Ümumi olaraq tələb olunan sənədlər toplusu aşağıdakı kimidir.
- Məktəbdən arayış və ya attestat
- Xarici pasport
- Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri)
- 3×4-ə şəkil
- YÖS, İELTS və s. kimi dil imtahan nəticələrindən biri.
İstanbulda hansı universitetlər var?
İstanbulda 13-ü dövlət, 44-ü isə vəqf universiteti olmaqla ümumilikdə 57 universitet fəaliyyət göstərir. İstanbulda təhsil alan tələbələr nəzəri olaraq öyrəndikləri bilikləri praktikada tətbiq etmək üçün bir çox imkanlarla təchiz olunub. Belə ki, müxtəlif universitet və şirkətlər tərəfindən tələbələr üçün güzəştli iş imkanları, təcrübə keçmək fürsətləri təqdim olunur. Gəlin, İstanbulda fəaliyyət göstərən universitetlərlə tanış olaq.
Dövlət Universitetləri
- İstanbul Universiteti
- Marmara Universiteti
- Boğaziçi Universiteti
- İstanbul Texniki Universiteti
- Yıldız Texniki Universiteti
- Memar Sinan Universiteti
- Türk-Alman Universiteti
- Qalatasaray Universiteti
- İstanbul Mədəniyyət Universiteti
- Səhiyyə Elmləri Universiteti
- Milli Müdafiə Universiteti
- İstanbul Cerrahpaşa Universiteti
- Türkiyə Yapon Elm və Texnologiya Universiteti
Vəqf Universitetləri
- Üsküdar Universiteti
- Bahçeşehir Universiteti
- Yeditepe Universiteti
- Beykent Universiteti
- İstanbul Bilgi Universiteti
- İstanbul Aydın Universiteti
- Koç Universiteti
- İstanbul Gelişim Universiteti
- İstanbul Okan Universiteti
- İstanbul Mədəniyyət Universiteti
- Sabancı Universiteti
- Özyeğin Universiteti
- Maltepe Universiteti
- İstanbul Sabahattin Zaim Universiteti
- Kadir Has Universiteti
- Haliç Universiteti
- Doğuş Universiteti
- Altınbaş Universiteti
- İstanbul Şəhər Universiteti
- Acıbadem Universiteti
- Piri Rəis Universiteti
- İstanbul Elm Universiteti
- MEF Universiteti
- Bezmialem Vakif Universiteti
- İstanbul Ayvansaray Universiteti
- İstanbul Kent Universiteti
- Beykoz Universiteti
- İstanbul 29 May Universiteti
- Fənərbaxça Universiteti
- Biruni Universiteti
- Gedik Universiteti
- Işık Universiteti
- İstanbul Arel Universiteti
- İstanbul Esenyurt Universiteti
- İstanbul Kemerburgaz Universiteti
- İstanbul Rumeli Universiteti
- Nişantaşı Universiteti
- Yeni Əsr Universiteti
- İstanbul Medipol Universiteti
- Lokman Hekim Universiteti
- İstanbul Atlas Universiteti
- Səmərqənd Elm və Sivilizasiya Universiteti
- İbn Haldun Universiteti
- İstanbul Elm Universiteti
İstanbulun ən yaxşı universitetləri hansılardır?
Aparılan son araşdırmalara əsasən İstanbulun ən nüfuzlu universitetlərinin siyahısı bəlli olub. Təhsil səviyyəsinin yüksək olması, məzunların karyera qurmaq uğurları, müasir standartlara cavab verməsi və s. kimi kateqoriyalara əsasaən sıralanan universitetlərin ilkin siyahısı aşağıdakı kimidir.
- İstanbul Universiteti
- İstanbul Teknik Universiteti
- Boğaziçi Universiteti
- Yıldız Teknik Universiteti
- Marmara Universiteti
- Koç Universiteti
- Sabançı Universiteti
- Bezmialem Universiteti
- Özyeğin Universiteti
- Yeditepe Universiteti
- Bahçeşehir Universiteti
- İstanbul Mədəniyət Universiteti
- Acıbadem Universiteti
- İstanbul Bilgi Universiteti
İstanbulda tək attestatla hansı ixtisaslarda təhsil almaq olar?
İxtisas seçimi insan həyatında ən önəmli mərhələlərdən biridir. Çünkü şəxsi həyat və karyera uğurları birbaşa bu seçimimizdən asılıdır desək yanılmarıq. Müasir dövrdə istər öz biznesini qurmaq istərsə də müxtəlif şirkətlərdə karyera qurmaq cəhətdən günümüzün əksər hissəsi işdə keçdiyi üçün maksimum şəkildə diqqətli yanaşmaq lazımdır. Məhz elə həyat motivasiyamız da qazandığımız uğurların sayəsində artır. Ümumiyyətlə uzun illərin təcrübəsi göstərir ki, uğurlu karyera həyatın xoşbəxtlik qapısının sehrli açarıdır. İndi isə gəlin, birlikdə İstanbulda hansı istiqamətlərdə təhsil almağın perspektivli olduğunu dəyərləndirək. İlk olaraq son dövrlərin ən populyar ixtisaslarının ilkin siyahısına nəzər salaq. Statistika göstərir ki, günümüzdə ən gəlirli və prestijli hesab olunan ixtisasların bəziləri aşağıdakılardır.
- Diş həkimliyi
- Hüquq
- Psixologiya
- Aviasiya idarəetməsi
- Tibb bacısı
- Proqram mühəndisliyi
- Səhiyyə
- Fizioterapiya və reabilitasiya
- Qastronomiya və kulinariya sənəti
- Psixoloji xidmət
- Beynəlxalq ticarət və maliyyə
- Molekulyar biologiya və genetika
- Nitq və dil terapiyası
- Beynəlxalq ticarət və logistika
- Gəmi maşınlarının idarə edilməsi mühəndisliyi
- Süni intellekt mühəndisliyi
- Astronomiya və kosmos elmləri
- Avropa Birliyi əlaqələri
Yuxarıda adları qeyd olunan ixtisaslarla yanaşı son dövrlər süni intellektə əsaslan yeni sahələrin də yarandığını müşahidə edirik. Bununla yanaşı ənənəvi peşələrin müasir texnoloji dövrə inteqrasiya olduğunu da qeyd edə bilərik. Odur ki, gələcəkdə uğurlu karyera qurmağı hədəfləyənlər üçün faydalı olacaq bəzi məqamları qeyd edirik.
Rəqəmsal marketinq
Sosial media platformalarının son dövrlər aktuallaşması və bu sahənin biznes şəbəkəsinin bir parçasına çevrilməsi sayəsində əmək bazarında yeni yollar açılmağa başladı. Nəticədə rəqəmsal marketinq adı altında kopirayter, reklam mütəxəssisi və s. kimi bir çox fəaliyyət istiqamətləri yaranmağa başladı. Eyni zamanda fotoqraf, videoqraf, dizaynerlərin işləri daha çox ön plana çıxdı. Hazırda müasir texnologiya dövrünün üstünlüklərindən yararlanaraq bu istiqamətlərdə karyera quran minlərlə insan var. Odur ki, maraq dairənizə daxil olduğu təqdirdə bu kimi fakültələri dəyərləndirə bilərsiniz.
Ön plana çıxan tibb sahələri
Səhiyyə sektorunun son dövrlər seçilən istiqamətləri arasında biokimya mütəxəssisi, neyropsixologiya, optik, baytar, anestezioloq, qidalanma və pəhriz mütəxəssisi kimi peşələr yer alır.
Kosmos elmlərinin və texnoloji yenilikləri özündə ehtiva edən peşələrin ön plana çıxması
Son dövrlər qlobal problemlərin artması fonunda kainatın kəşfi, yeni metodların araşdırılması həmçinin texnoloji inqilabi yeniliklərin tətbiqi sayəsində artan mütəxəssis təlabatı yeni peşələrin yaranmasını prioritetə çevirib. Beləliklə, kosmos elmlərinə, astronomiyaya, sürətlə dəyişən texnologiyaya marağınız varsa bu istiqamətlərdə olan peşələri də dəyərləndirə bilərsiniz.
Ümumiyyətlə qeyd edək ki, peşə seçərkən beynəlxalq qurumların statistik göstəricilərini araşdırmaqda fayda var. Məsələn, gələcək 5-10 ildə hansı sahələrin ön planda olacağını nəzərə alaraq addım atmaq sizin hədəflərinizin daha sürətlə tamamlanmasına gətirib çıxaracaq. Belə olan halda isə, qazanılan uğurların da sayı çoxalır. Nəticə də, xəyal etdiyiniz həyatı yaşayaraq böyük uğurlara imza atmış olursunuz. Atdığınız və atacağınız bütün addımlarda daim cəsarətli və inamlı olun. Bəzən büdrədiyimiz anlar olsa da, həyat daim qarşımıza inanılmaz fürsətlər çıxarar. Önəmli olan daim axtarışda olmaq öz həyat şanslarımızın yanımızdan ötüb keçməsinə göz yummamaqdır.
İstanbulda tək attestatla təhsil almaq üçün hansı sənədlər tələb olunur?
– Məktəbdən arayış və ya attestat
– Xarici pasport
– Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri)
– 3×4-ə şəkil
– YÖS, İELTS və s. kimi dil imtahan nəticələrindən biri.
İstanbul universitetlərində təhsil haqqları nə qədərdir?
Təhsil haqqları universitet və ixtisasa görə dəyişir. Minimum halda 500-600 manatdan başlayaraq artır.
İstanbul universitetlərinin diplomları tanınırmı?
Bəli, İstanbulun nüfuzlu universitetləri tələbələri beynəlxalq diplomlarla təmin edir.