Türkiyədə təhsil almaq üçün nə etməli?
Aramızda xaricdə təhsil almaq xəyalı quran kifayət qədər insanlar var. Bəzən onlar arasında övladları üçün qayğılanan ata-analar, ikinci ali təhsil almağa çalışan insanlar, gələcəyini qurmağa çalışan abituriyentlər, iş adamları və s. yer alır. Bir çox hallarda insanlar üçün fərqli ölkəyə yollanmaq, tələbə olmaq əlçatmaz görünür. Əslində yollarını bildikdən sonra bu məsələ heç də bir o qədər mümkünsüz deyil. Məsələn, Türkiyədə daxil olmaqla bir sıra əksər Avropa universitetləri xarici tələbələr üçün böyük imkanlar təqdim edir. Bu fürsətləri dəyərləndirərək xaricdə təhsil xəyallarınızı gerçəkləşdirə bilərsiniz. Odur ki, biz də öz növbəmizdə sizin üçün faydalı olacağını düşünərək bu dəfəki məqaləmizdə “Türkiyədə təhsil almaq üçün nə etməli?” sualına cavablar tapacağıq.
Türkiyədə təhsil almaq üçün xarici tələbələrə hansı şərait yaradılır?
Qardaş ölkə azərbaycanlı gənclər üçün təhsil imkanlarından yararlanmaqla bağlı müxtəlif şanslar yaradır.
- Tək attestat sənədiylə bakalavr təhsili
- Tək bakalavr diplomu ilə magistr təhsili
- Türkiyə bursları
- Xaricdə təhsilə dair dövlət proqramı
Tək attestat sənədiylə Türkiyədə necə bakalavr təhsili almaq olar?
Türkiyənin bir çox nüfuzlu universitetlərinə qəbullar sadəcə attestat sənədiylə aparılır. Bunun üçün təhsil almaq istədiyiniz universitet və ixtisasları müəyyənləşdirərək qeydiyyat zamanı zəruri sənədləri təqdim etməyiniz kifayətdir. Lakin başqa bir məqam vardır ki, bu zaman universitetlər sizdən YÖS və ya İELTS, TOEFL, SAT və s. kimi imtahan nəticələri tələb edə bilər. Bu isə təhsil alacağınız bölmədə tədrisin hansı dildə olması ilə əlaqədardır. Çünkü YÖS imtahanları türk dili biliklərinizi sınaqdan keçirdiyi halda, İELTS, TOEFL imtahanlarında ingilis dili bilikləriniz yoxlanılır. Odur ki, öncədən bu imtahanlara dair sertifikat əldə etmək yaxud universitetlərin özünün təşkil etdiyi imtahanlarda iştirak etmək lazımdır. Bəzən isə dil imtahanı üzrəs ertifikatınız olmadığı halda tədris ilinə əlavə bir il dil kursu hazırlığında iştirak etmək tələb olunur.
Hansı sənədlər tələb olunur?
- Orta məktəb attestatı;
- Transkript
- 3×4 fotoşəkil;
- Xarici pasport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
- Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)
Türkiyədə bakalavr təhsili üçün ən nüfuzlu universitetlər hansılardır?
Qardaş ölkənin demək olar ki, bütün universitetləri yüksək səviyyəli təhsil vəd edərək, xarici tələbələr üçün nisbətən rahat təhsil almaq imkanları yaradır. Buraya sadəcə attestat sənədiylə tələbə adını qazanmaqdan tutmuş münasib təhsil haqqı, sərfəli yataqxanalar, zəngin kitabxanalar və s. daxildir. Ümumilikdə seçimlərinizi nisbətən asanlaşdırmaq üçün Türkiyənin ən nüfuzlu universitetlərindən bəzilərini təqdim edirik.
- Hacettepe Universiteti
- İstanbul Universiteti
- Ankara Universiteti
- Orta Doğu Texniki Universiteti
- Ege Universiteti
- Qazi Universiteti
- Dokuz Eylül Universiteti
- Koç Universiteti
- Marmara Universiteti
- Atatürk Universiteti
- İstanbul Universiteti – Cerrahpaşa
- Yıldız Texniki Universiteti
- İhsan Doğramacı Bilkent Universiteti
- Fırat Universiteti
- Erciyes Universiteti
- Səlcuq Universiteti
- Qaradəniz Texniki Universiteti
- Boğaziçi Universiteti
- Çukurova Universiteti
Tək bakalavr diplomu ilə magistr təhsili almaq üçün hansı şərtlər tələb olunur?
Bakalavr təhsilini xaricdə tamamlaya bilməyənlərə yaxud ümumiyyətlə Türkiyə universitetlərində magistr təhsili almaq üçün bir çox imkanlar mövcuddur. Bunlar arasında ən məşhuru tək bakalavr diplomu ilə olan müraciətlərdir. Beləliklə, təhsil almaq istədiyiniz universitet və ixtisasa uyğun seçimlər etdikdən sonra bakalavr diplomu və digər zəruri sənədlərlə birgə müraciətinizi tamamlayırsınız. Qeyd edək ki, müraciətlər əsasən universitetlərin rəsmi saytları vaistəsi ilə həyata keçirilir. Bakalavr təhsilində olduğu kimi magistr pilləsi üzrə də sizdən hər hansısa dil bilikləri tələb oluna bilər. Buraya YÖS, İELTS, TOEFL və s. daxildir. Hər bir universitetin özünəməxsus tələbləri ola bilər.
Hansı sənədlər tələb olunur?
- Bakalavr diplomu;
- 3×4 fotoşəkil;
- Xarici pasport;
- Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)
Türkiyədə hansı təqaüd proqramlarından yararlanmaq olar?
Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür.
Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:
- Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
- Əcnəbilər üçün tədqiqat təqaüdü
- Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
- Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı
COHE Təqaüdü
COHE Təqaüdü Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənərək bakalavr və magistr səviyyəsində təhsil alacaq əcnəbilər üçün nəzərdə tutulub. Türkiyə ali təhsil ocaqlarına qəbul olan tələbələrin Türkcə Yetərlilik Sertifikatı (YÖS) yoxdursa, onlara bir illik dil kursu təqim olunur.
Türkdilli Ölkələrin Təqaüd Proqramı
Bu təqaüd proqramından türkdilli eyni zamanda oxşar dəyərlərə malik ölkələrdən gələn tələbələr yararlana bilərlər. Təqaüd zonası ölkələrinə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. daxildir.
Xarici tələbələrə təqaüd verən digər qurum və təşkilatlar
- Türk Elm və Mühəndislik Bakalavr və Lisansüstü Bursu
- Abdullah Gül Universiteti Kayseri (AGÜ) Bakalavr Təqaüdü
- Yunus Əmrə İnstitutu Yaz Mübadilə Proqramı Təqaüdü
- Orta Doğu Texniki Universiteti (ODTÜ) Bakalavr Təqaüdü
- İstanbul Ticarət Universiteti Lisansüstü Təqaüdü
- Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyi Təqaüdü
- Türk Patent və Əmtəə Nişanları İdarəsi və Ankara Universiteti Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Təqaüdü
- Veysel Karanı Türk-Yəmən Vəqfi Yəmən Pionerləri Təqaüd Proqramı
- Orta Doğu Texniki Universiteti (ODTÜ) Bakalavr Təqaüdü
- İstanbul Ticarət Universiteti Lisansüstü Təqaüdü
- Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyi Təqaüdü
- Türk Patent və Əmtəə Nişanları İdarəsi və Ankara Universiteti Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Təqaüdü
- Veysel Karanı Türk-Yəmən Vəqfi Yəmən Pionerləri Təqaüd Proqramı
- Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Birləşmiş Millətlər Təşkilatının Təqaüdləri
- Dr. Fuat Sezgin İslamda Elm Tarixi Araşdırma Vəqfi (İBTAV) və Kırıkkale Universiteti Fuat Sezgin İslamda Elm Tarixi Təqaüd Proqramı
Ümumilikdə isə müxtəlif universitetlərin təqdim etdiyi burs proqramlarından da yararlana bilərsiniz.
Türkiyədə təhsil almaq üçün dövlət proqramından necə yararlanmaq olar?
Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq istəyən gənclər üçün növbəti fürsət dövlət proqramıdır. Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilib. Bu proqram xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi meyarlarını və prosedurlarını özündə ehtiva edir. Hazırda 2022-2026-cı illəri əhatə edən proqram tam təqaüd verir və təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat, bank və plastik kart xərclərini qarşılayır. Proqram haqqında daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.
Türkiyə universitetlərində təhsil almaq sizə nə qazandıracaq?
“Türkiyədə təhsil almaq üçün nə etməli?” sualını düşünən gənclər üçün təbii ki, qardaş ölkəyə yollanmağın hansı üstünlüklər vəd etməsi də maraqlıdır. Odur ki, gəlin tanış olaq.
- Yüksək səviyyəli təhsil
- Nüfuzlu universitetlər
- Geniş ixtisas seçimi
- Beynəlxalq diplom
- Geniş karyera fürsətləri
- Münasib təhsil haqqı
- Sərfəli yaşayış xərcləri
- Rəngarəng şəhərlər
- Yeni dostlar və s.
Türkiyə universitetlərinin diplomları tanınırmı?
Günümüzdə qardaş ölkənin universitetlərinin əksəriyyəti beynəlxalq standartlara qoşulduğu üçün diplomlar da rəsmi formada tanınır. Bu isə dünyanın bir çox ölkəsində karyera qurmağınıza təminat verir.
Türkiyə universitetlərində qiyabi təhsil almaq mümkündürmü?
Dünyanın qabaqcıl universitetlərində olduğu kimi Türkiyənin ali tədris ocaqları da qiyabi təhsil almaq imkanları təqdim edir. Bakalavr, magistr və doktorantura olmaqla bütün təhsil pillələri üzrə qiyabi təhsil şansını dəyərləndirə bilərsiniz.
Son olaraq qeyd edək ki, hədəfləriniz üçün daim ən perespektivli addımlar atmağa çalışın. Xüsusilə təhsilinizin ən nüfuzlu universitetlərdən olması həyatınıza və karyeranıza böyük dəyərlər qazandıracağından əmin olun.
Türkiyədə təhsil almaq üçün hansı sənədlər tələb olunur?
- Orta məktəb attestatı;
- Transkript
- 3×4 fotoşəkil;
- Xarici pasport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
- Universitetin tələbinə uyğun dil imtahan nəticəsi (YÖS, SAT, TÖMER, İELTS, TOEFL)
Türkiyə diplomları tanınırmı?
Bəli, rəsmi şəkildə tanınır.
Türkiyədə təhsil almaq üçün dil bilikləri tələb olunurmu?
Bəli, universitetlərdən asılı olaraq sizdən türk və ya ingilis dili üzrə dil bilikləri tələb oluna bilər.
Türkiyədə təhsil haqqları nə qədərdir?
Təhsil haqqları universitetlərdən, ixtisaslardan asılı olaraq dəyişir. Ümumilikdə isə 400-500 manatdan başlayaraq dəyişə bilir.