Turkiyede Tehsil Qiymetleri
Turkiyede tehsil qiymetleri bu ölkəni seçmək üçün ən birinci səbəbdir. Burada təhsil səraitin yaxşı olması, məsafə və dil baxımından çətinliklərin olmaması kimi səbəblər də buna daxildir.
Qonşu və qardaş olan türkiyədə təhsil almaq üçün sənədlər, şərtlər də çox sadədir. Bundan başqa universitetlər üçün illik ödənişlər də 300-1000 TL arası dəyişir deyə çox uyğun məbləğlərədir.
Türkiyədə təhsil qiymətləri əsasən universitetlərin yerləşdiyi bölgələrə görə də dəyişir. Məsələn İstanbul, Ankara kimi nəhəng şəhərlərdə universitet qiymətləri illiyi baha olduğu halda, Adıyaman, Ərzurum kimi qıraq bölgələrdə bunlar çox uyğun məbləğədir. Bundan başqa universitetdə qəbul olduğunuz və seçdiyiniz ixtisasda çox önəm daşıyır. Bunlarıda əvvəlcədən saytımızı gəzərək məqalələr vasitəsiylə daha ətraflı araşdıra bilərsiniz.
Bakalavr təhsili və magistr təhsili üçün də ixtisas seçimləri və qiymətlər cəhətdən çox fərqlər yarana bilər. Eyni ixtisas bir universitetdə bakalavr üçün ayrı, magistatura üçün ayrı ola bilər.
Türkiyədə tehsil üçün qiymətlərini araşdırarkən ən böyük fərqi özəl və dövlət universitetləri arasında görəcəksiniz. Bu da hamımızın bildiyi kimi özəl universitetlərin daha bahalı və daha konfortlu olması ilə əlaqəlidir.
Siz də xaricdə təhsil almaq və ən asan qiymət şərtləri ilə Türkiyədə təhsil üçün müraciət etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq xidmətlərimizdən faydalana bilərsiniz.
Turkiyede tehsil qiymetleri və qiymətlərə təsir edən əsas faktorlar
Türkiyədə tehsil qiymetləri universitetlər və proqramlara görə dəyişir. Dövlət universitetlərində oxumaq daha məqbul olsa da, özəl universitetlərdə təhsil haqqının daha yüksək olduğunu deyə bilərik. Çünki özəl universitetlərdə tələbələrin həm təhsili, həm də inkişaf etməsi üçün daha yaxşı şəaitlər yaradır. Belə ki, universitetlərin həyətində geniş idman meydançaları, üzgüçülük hovuzları, tələbələrin maraqlarına xitab edən rəsm, musiqi, rəqs məşğələləri və daha bir çox idman və incəsənətyönümlü məşğuliyyət növlərinin olduğunu deyə bilərik. bundna başqa həm universitetlərin daxilində, həm də xaricində yarışmalar, gəzintilər də təşkil olunur. Təhsil haqlarına təsir edən digər bir faktor da bakalavr və ya magistr proqramının növü, müddəti və oxunduğu universitetdir.
Xüsusilə xarici tələbələr üçün təhsil haqqları daha əlverişlidir, çünki xüsusi təqaüd proqramları sayəsində Türkiyədə təhsil qiymətləri çox münasib ola bilir. Belə ki, tələbələr tam burs, yəni 100% təqaüdlə belə Türkiyədə təhsil ala bilirlər. Türkiyədə təhsil haqqları ilə bağlı son məlumatları əldə etmək üçün oxumaq istədiyiniz universitetin rəsmi veb saytını və ya beynəlxalq tələbə qəbul təşkilatlarını ziyarət etmək vacibdir. Qeyd edək ki, xərclər təkcə universitetin illik təhsil haqqı ilə bitmir, əlavə olaraq, yaşamaq, gündəlik xərclər və digər məsələləri də nəzərə almalıdır.
Azərbaycan vətəndaşları üçün Turkiyede tehsil qiymetleri
Azərbaycan vətəndaşları üçün Türkiyədə təhsil almaq istəyənlər üçün Türkiyə və Azərbaycan arasında imzalanmış müqavilələr çərçivəsində burs Ttəqaüd) imkanları var. Bu səbəbdən, təhsil planlarınızı etmədən əvvəl universitetlər, onların təhsil haqqları, universitetin şəraiti, verdiyi təhsilin səviyyəsini və s-i ətaflı araşdırmaq lazımdır.
Turkiyede tehsil qiymetleri bir neçə əsas faktora əsasən dəyişir ki, bu amilləri aşağıdakı kimi sıralaya bilərik:
- Universitetin növü: Dövlət universitetləri adətən yerli tələbələr üçün daha məqbul qiymətlər tətbiq etdiyindən və eləcə də diplomları bir çox ölkələrdə tanındığından bu universitetlərə tələb yüksəkdir. əgər münasib qiymətə Türkiyədə universitet axtarırsınızsa, dövlət universitetlərini seçməkdə fayda var. Özəl universitetlər isə adətən daha yüksək təhsil haqları tələb edir. ÖDTÜ, Boğaziçi Universiteti və digərləri.
- Tələbənin vətəndaşlığı: Xarici tələbələr üçün təhsil haqları yerli tələbələrdən daha yüksəkdir. Buna görə də təqaüd proqramları ilə maraqlanmaq və mümkün qədər təqaüdlü təhsillə türkiyədə oxumaq lazımdır ki, artıq xərcləriniz olmasın.
- Proqramın Növü: Bakalavr və ya magistr proqramının müddəti təhsil haqlarını müəyyənləşdirir. Xüsusilə daha çox tələbin olduğu mühəndislik, tibb və s. sahələr üçün qiymətlər yüksək ola bilər. Çünki proqramlar, laboratoriya və praktik təlimlərin intensiv şəkildə icra edilməsi səbəbindən daha yüksək təhsil haqlarına səbəb olur.
- Təqaüdlər və Maliyyə Yardımları: Universitetlər, eləcə də imkanlı şəxslər tərəfindən tərəfindən təqdim olunan təqaüd və digər maliyyə yardımları mövcuddur ki, bu yardımlar sayəsində tələbələrin və onların ailələrinin maliyyəli yükü azaldılır.
Turkiyede tehsil avantajları – üstünlükləri
Əgər Türkiyədə təhsil almaq istəyirsinizsə, ilk öncə Türkiyədəki universitetlərin qəbul şərtlərini və müraciət proseslərini araşdırmalı olacaqsınız. İlk əvvəl bilməlisiniz ki, Turkiyede tehsil atestat ilə mümkündür. Sənədlərin hər biri Türk dilində tərcümə olunmalı və bu şəkildə təqdim edilməlidir. Həm imtahansız şəkildə atestat ilə, həm də universitetlərin və eləcə də Türkiyə universitetlərin qəbul üçün bir neçə imtahan növündən birini seçərək bu ölkədə oxumaq mümkündür.
Müraciət prosesinə ümumiyyətlə diplom ekvivalenti prosedurları, Türkiyədə rus-türk tərcüməsi və zərurət olduqda notariat təsdiqi kimi addımlar daxil ola bilər. Hər bir universitetin müəyyən etdiyi qəbul tələbləri və prosesləri fərqli ola bilər, ona görə də müraciət edəcəyiniz universitetin rəsmi saytında mövcud məlumat və tələbləri yoxlamaq vacibdir. YÖS, SAT və bəzi özəl universitetlər üçün İELST, TOFEL imtahanı verməklə laızm olan balı toplayaraq qardaş ölkədə bakalavr təhsili ala bilərsiniz. Magistr təhsili də həmçinin imtahansız və tələb olunan imtahan növlərindən birini seçməklə alına bilir.
Atestatla türkiyədə təhsil ixtisaslar
Atestatla türkiyədə təhsil ixtisaslar olduqca çoxdur. Bir çox ixtisas seçimini fərqli universitetlərdə görə və seçmiş olduğunuz ixtisas üzrə təhsil ala bilərsiniz. Türkiyə ixtisas seçimində geniş seçim imkanı təklif edir. Azərbaycan ən çox aşağıdakı ixtisaslar üçün Türkiyədə təhsilə maraq daha çoxdur:
- Mühəndislik: Elektronika, bilgisayar mühəndisliyi, makina mühəndisliyi, inşaat mühəndisliyi, kimya mühəndisliyi kimi çeşitli mühəndislik sahələri.
- Tibb və Sağlamlıq: Tibb, diş həkimliyi, eczaçılıq, biomedikal mühəndisliyi kimi tibbi sahələr.
- İqtisadiyyat və İş: İş idarəsi, maliyyə, maliyyə mühəndisliyi, iqtisadiyyat, marketing və digər iş sahələri.
- İctimaiyyət və İnsanitar sahələr: Siyasət elmi, sosial iş, psixologiya, müəllimlik, hüquq və sosial xidmətlər.
- Texnologiya və Kommunikasiya: Bilgisayar elmi, telekommunikasiya, multimediya, məlumat elmi kimi texnologiya və kommunikasiya sahələri.
Universitet seçimi zamanı həmin universitetin diplomunun ölkəmizdə tanınıb-tanınmamasına diqqət etməlisiniz. Qeyd edək ki, dövlət tərəfindən qiyabi təhsillə alınmış diplomların heç biri tanınmır və nazirlik tərəfindən təsdiqlənmir. Yalnız bu diplomlar ilə özəl şirkətlərdə rahatlıqla işləyə bilərsiniz.
Attestatla turkiyede tehsil necə olur?
Attestatla turkiyede tehsil prosesi bu şəkildə icra olunur:
- Universitet seçmək
- Seçmiş olduğunuz universitetə müraciət
- Lazımı sənədlərin toplanması və türk dilinə tərcümə olunaraq təqdim edilməsi.
- Qəbuldan sonra qeydiyyat
- Qeydiyatdan sonra universitetdə təhsilə başlaya bilərsiniz.
Türkiyədə təhsil almaq üçün nə etməli:
Türkiyədə təhsil almaq istəyənlər üçün əsas addımlar aşağıdakı kimi olur:
- İlk olaraq, Türkiyədəki şəhərlər və proqramlar arasından seçim edərək hədəf qoyulmalıdır. Çünki hər bir ixtisas üçün yüksək təhsil verən universitetlər fərqli ola bilər. Misal üçün əgər tibb üzrə təhsil almaq istəyirsinizsə, Hacettepe Universitetini seçməklə yüksək səviyyədə təhsil ala bilərsiniz. Turizm sahəsi üzrə isə bu universitet sizin gözləntilərinizi qarşılamaya bilər.
- Seçdiyiniz universitetin beynəlxalq tələbə qəbul şərtlərini öyrənməlisiniz. Həmin universitet “Dünyanın ən yaxşı universitetləri” siyahısında varmı və ya həmin universitetin diplomu ilə hansı ölkələrdə işləyə və ya oxuya bilərsiniz?
- Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün vacib olan əsas addımlardan biri, əvvəlki təhsillərinin Türkiyə təhsil sisteminə uyğunluğunu təmin etməkdir. Atestat və ya diplomaların Türkiyədəki Yükseköğretim Kurulu (YÖK) və ya müvafiq orqanlar vasitəsilə tanınması üçün əlaqə saxlamalısınız.
- Universitetə müraciət etmək üçün seçdiyiniz universitetin rəsmi veb saytından və ya beynəlxalq tələbə qəbul birimindən ən son müraciət tarixlərini öyrənməli və hansı sənədlərin laızm olduğunu bilməlisiniz.
- Müraciət üçün laızm olan sənədləri toplayıb təqdim etdikdən sonra sizin müraciətiniz qiymətləndiriləcək. Bundan sonra qəbul olunsanız universitet tərəfindən sizə qəbul məktubu gələcək və qeydiyyat prosesləri ilə bağlı təlimatlara təqdim olunacaqdır. Bu mərhələdə lazımi ödənişləri yerinə yetirməli və vizə müraciəti kimi əlavə prosesləri tamamlamalısınız.
- Qəbuldan sonra, universitet tərəfindən təyin edilmiş tarixlərdə qeydiyyat proseslərini bitirməlisiniz. Tələbə kimliyi və digər vacib sənədləri alacaq və universitet həyatına hazır olacaqsınız.
Türkiyədə təhsil almaq istəyirsinizsə, seçminizi bizdən yana edə bilərsiniz. Biz, sizin üçün ən yaxşı universitet, ixtisas seçimini edəcək və lazımi bütün sənədləşmə işlərində sizə dəstək olacayıq. Xaricdə oxumaq xəyalınızı bizimlə gərçəkləşdirin!