Turkiye Universitetleri

Atatürk Universiteti

Ötən əsrin ortalarından başlayaraq Türkiyənin təhsil sektorunda özünəməxsus imzası ilə seçilən qocaman Atatürk Universiteti müasir dövrün standartlarına ən yaxşı formada cavab verən ali təhsil ocaqlarından biridir. Gənclərin uğurlu karyera qurmasına öz tövhələrini verməyi hədəf seçən Atatürk Universiteti 1957-ci ildə Türkiyənin Ərzurum şəhərində təsis olunub. Ali təhsil ocağı Türkiyənin yeddinci ən qədim universitetidir. Yüksək səviyyəli təhsili, qardaş ölkənin ikinci böyük universitet şəhərciyinə sahib olmağı həmçinin Türkiyənin ilk planlı kampusu statusunu əldə etməsi, müasirliyi və digər üstünlükləri ilə tələbələrin diqqətini çəkir. Burada yerləşən universitet xəstəxanası bütün Şərqi Anadolu və Şərqi Qara dəniz bölgəsi üçün əhəmiyyətli bir sağlamlıq mərkəzi rolunu oynayır. Eyni şəkildə Diş Həkimliyi Fakültəsi Xəstəxanası Şərqi Anadolu və Şərqi Qara dəniz bölgəsində intensiv şəkildə xəstələri qəbul edir. Bütün bunlar isə tələbələrə nəzəri bilikləri mənimsəməklə bərabər əsl peşəkar ixtisaslı kadr olaraq yetişməyə stimul verir. Unutmaq olmaz ki, yalnız praktikanın tətbiq olunduğu yerlərdə inkişaf qaçılmazdır. 

Atatürk Universitetində təhsil almaq üçün şərtlər necədir?

Atatürk Universitetində bakalavr, magistr, doktorantura olmaqla bütün təhsil pillələri üzrə tələbə qəbulu həyata keçirilir. Bakalavr pilləsi üzrə tək attestat sənədiylə, magistratura pilləsi üzrə isə sadəcə bakalavr diplomu ilə tələbə adını qazanmaq mümkündür. Eyni zamanda tədris dilinə (ingilis və türk) uyğun olaraq YÖS, İELTS və s. kimi imtahan nəticələri tələb olunur. Bu universitetin özünə qəbul olmaq üçün tələb olunan şərtlərdən olduğu üçün mütləq şəkildə nəzərdə saxlamaq önəmlidir. YÖS imtahanlarında namizədlərin türk dilindən, İELTS imtahanlarında isə ingilis dili bilikləri sınaqdan keçirilir. 

Bakalavr təhsili üçün tələb olunan sənədlər

  • Attestat
  • Şəxsiyyət vəsiqəsi
  • YÖS imtahan nəticəsi
  • Transkript
  • Fotoşəkil

Magistratura təhsili üçün tələb olunan sənədlər

  • Bakalavr diplomu
  • Transkript
  • Europass CV
  • Xarici pasport
  • 2 ədəd referans məktubu

Atatürk Universitetində qiyabi təhsil almaq mümkündürmü?

Atatürk universiteti ən yaxşı qiyabi təhsil imkanları vəd edən universitetlərdəndir. Əcnəbi tələbələr universitetdə təhsil almaqla bağlı qeydiyyatdan keçmək üçün sənədlərini elan olunan tarixlərdə birbaşa və ya poçt vasitəsilə təqdim edir. Qeydiyyat formasını əldə etmək üçün “Açık ve Uzaktan Öğretim Fakültesi”nin rəsmi saytında qeydiyyat hissəsindəki “Uluslararası Öğrenci” bölməsinə daxil ola bilərsiniz. Namizədərə ilkin qeydiyyat prosesi başa çatdıqdan sonra SMS və ya elektron poçt vasitəsilə məlumat verilir. Ön-qeydiyyat prosesi başa çatdıqdan sonra namizədlərdən ödənişləri tələbə şəxsiyyət nömrəsiylə birgə qeyd olunan tarixlər arasında Halkbank, Vakıfbank və ya Ziraat bankına ödəmələri tələb olunur.

Hansı sənədlər tələb olunur?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Sözügedən universitetə müraciət etmək üçün hazırda tələb olunan sənədlər toplusu aşağıdakı kimidir.

  • Ərizə forması
  • Attestat sənədi
  • Attestat sənədinin Türkiyə nümayəndəliyi tərəfindən türk dilinə tərcümə olunmuş forması
  • Diplom ekvivalenti sertifikatı (Türkiyə Səfirliyindən alınır)
  • 2 ədəd pasport ölçülü fotoşəkil
  • Pasportun surəti və Türkiyə Səfirliyi tərəfindən türk dilinə tərcümə edilmiş nüsxəsi
  • Doğum haqqında şəhadətnamə (ikili vətəndaşlığı olanlar üçün)

Atatürk Universitetində hansı fakültələrdə təhsil almaq olar?

Qardaş ölkənin qabaqcıl universiteti namizədlərə geniş ixtisas seçimi təklif edir. Siyahı ilə aşağıdakı sıralamadan tanış ola bilərsiniz.

  • Diş həkimi
  • Əczaçı
  • Ədəbiyyat
  • Elm
  • İncəsənət
  • Tibb bacısı
  • Hüquq
  • İqtisadiyyat və İdarəetmə Elmləri
  • İlahiyyat
  • İctimaiyyətlə əlaqələr
  • Mühəndislik
  • Memarlıq və Dizayn
  • Tibb
  • Turizm
  • İdman Elmləri
  • Səhiyyə Elmləri
  • Kənd təsərrüfatı
  • Baytar
  • Dəniz məhsulları

Atatürk Universitetində təhsil haqqları nə qədərdir?

İxtisaslara, bölümlərə və s. görə təhsil haqqları dəyişir. Minimum halda 500 manatdan başlayır.

Atatürk Universtetində təhsil almağın üstünlükləri nədir?

  • Yüksək səviyyəli təhsil
  • Beynəlxalq diplom
  • Müasir standartlara cavab verən universitet şəhərciyi
  • Geniş təcrübə qazanmaq şansı
  • Münasib təhsil haqqı və s.

Son olaraq qeyd edək ki, Atatürk Universiteti nüfuzu, təhsili, rəngarəng gənclik həyatı ilə ən ideal seçimlərdəndir. Xüsusilə qardaş ölkədə təhsilin və yaşayış xərclərinin münasib olması burada təhsili daha əlçatan edir.

Atatürk Universitetində burs qazanmaq mümkündürmü?

Türkiyə bursları yaxud ERASMUS proqramı ilə Atatürk Universitetinə qəbul ola bilərsiniz.

Atatürk Universitetinin diplomları tanınırmı?

Bəli, Atatürk universitetinin diplomları beynəlxalq səviyyədə tanınır.

Atatürk Universitetinə qeydiyyatlar nə zaman başlayır?

Qeydiyyatlar adətən may-iyun ayında başlayır. Ancaq rəsmi saytı izləyərək məlumatları yaxından izləyə bilərsiniz.

Back to top button
Close