Türkiyədə təhsil

Türkiyədə bakalavr təhsili

Uğurlu karyera qurmaq hər birimizin xəyalıdır. Bunun üçün öncədən hədəflərimizi müəyyən etməli və ona uyğun addımlar atmalıyıq. Dsiplinli davranmaq, planla hərəkət etmək, xəyallarına uyğun yol almaq bizim üçün daha xoşbəxt və komfortlu həyat vəd edir. Xüsusilə gənclik illərində bu istiqamətdə daha prespektivli qərarlar verməyə çalışmaq önəmlidir. Bu qərarlar arasında təhsil seçimi böyük önəm daşıyır. Məhz bu səbəbdəndir ki, son dövrlər gənclər arasında xaricdə təhsil almaq mövzusu gündəmə çevrilib. Təcrübə deyir ki, yeni bir ölkədə təhsil imkanlarını dəyərləndirmək həm şəxsi həm də karyera həyatına bənzərsiz təcrübələr, faydalar qazandırır. Azərbaycanlı tələbələr arasında son illərdə Türkiyədə bakalavr təhsili almaq müraciətlərində artım qeydə alınıb. Bu isə qardaş ölkənin Avropayla müqayisədə nisbətən daha uyğun şərtlər irəli sürməsiylə bağlıdır.

Bəs, ümumilikdə Türkiyədə təhsil almaq gənclərə nə vəd edir?

  • Yüksək səviyyəli təhsil
  • Müasir standartlara cavab verən universitetlər və universitet şəhərcikləri
  • Peşəkar müəllim heyyəti
  • İngilis dilli təhsil
  • Beynəlxalq diplom
  • Rəngarəng şəhər həyatı
  • Büdcəyə uyğun universitet, ixtisas seçimi
  • Fərqli ölkələrdən gələn əcnəbi tələbələrlə dost mühiti
  • Münasi yaşayış xərcləri
  • Geniş karyera imkanları
  • Müxtəlif təqaüd proqramları
  • Tələbələr üçün xüsusi endrimlər və s.

Türkiyədə bakalavr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı və ya arayış

Attestat sənədi namizədin orta məktəbi bitirdiyini təsdiq edən sənəddir. Əgər namizəd hazırda məktəbin son sinifində oxuyursa məktəbdən bununla bağlı arayış əldə edərək təqdim edə bilər.

  • Transkript 

Transkript oxuduğunuz təhsil müəssəsində bütün dərs ilinin qiymətləndirilməsini və qiymət ortalamasını özündə əks etdirir.  Məktəb direktoru və ya əvəzedici şəxs tərəfindən möhürlənmiş versiyada təqdim olunması lazımdır.

  • Xarici pasport 

Xarici pasportun türk dilinə tərcümə olunaraq natariusda təsdiq edilmiş versiyası hazırlanmalıdır. Əgər pasport yoxdursa, şəxsiyyət vəsiqəsi ilə də müraciət etmək mümkündür. 

  • İmtahan nəticələri

Universitetlərdən asılı olaraq sizdən YÖS, SAT, İELTS, TOEFL kimi imtahan nəticələri tələb oluna bilər. Bu əsasən təhsil alacağınız dil bölməsinə göə dəyişir. Məsələn əgər türk dili üzrə təhsil alacaqsınızsa YÖS, ingilis dili üzrə təhsil alacaqsınızsa isə İELTS, TOEFL kimi imtahanlardan uğurla keçməyiniz tələb edilə bilər. 

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.
  1. Fotoşəkil

 4 ədəd 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim edilməlidir.

  1. Etibarnamə

Əgər müraciət edən şəxsin yaşı 18-dən aşağıdırsa, hər iki valideyn tərəfindən imzalı şəkildə etibarnamənin verilməsi tələb olunur.

“Denklik” sənədi

“Denklik” sənədi attestatı Bakı Türkiye Eğitim Müşavirliyinə təqdim edilərək əldə olunur.

Türkiyədə bakalavr təhsili almaq üçün müraciətlər necə həyata keçirilir?

Qardaş ölkə gənclərimiz üçün inanılmaz təhsil imkanları təqdim etməsi ilə seçilir. Gənclərin uğurlu karyera qurmasında böyük rol oynayan nüfuzlu universitetlərdə tələbələrə geniş ixtisas seçimi təklif olunur. Maraqlı məqamlardan biri də odur ki, əksərən qəbullar əlavə imtahanlarsız həyata keçirilir. Gəlin, Türkiyədə təhsil almaq üçün hansı imkanların mövcud olduğuna nəzər salaq.

Tək attestat sənədiylə qəbul

Qardaş ölkənin əksər nüfuzlu universitetləri azərbaycanlı gənclər üçün təhsil almaq imkanı yaradır. Üstəlik əlavə imtahanlarsız sadəcə attestat sənədiylə. Bunun üçün universitetlərin tələb etdiyi zəruri sənədlər toplusunu təqdim etməyiniz kifayət edir. Ancaq digər bir məqam vardır ki, təhsil alacağınız dil bölməsi üzrə sizdən müxtəlif imtahan nəticələri tələb oluna bilər. Gəin, həmin imtahan növləriylə tanış olaq.

YÖS – Yabancı Öğrenci Sınavları 

YÖS imtahanları xarici tələbələrin Türkiyə universitelərində yalnız bakalavr təhsili alması üçün nəzərdə tutulan imtahan növüdür. Namizədlər imtahan zamanı məntiq, riyaziyyat və türk dili üzrə sualları cavablayır. İmtahan 80 sualdan ibarət olur. 45 sual məntiq, 35 sual riyaziyyat bölməsindən düşür. İmtahan müddəti 90 dəqiqədir. Minimum 60 bal toplayaraq universitetlərdə tələbə adını qazana bilərsiniz.

SAT –  (Scholastic Aptitude Test) imtahanı nüfuzlu Türkiyə universitetlərinə qəbul olmaq üçün keçərli hesab olunan imtahanlardandır. İlkin mərhələdə “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarət test suallarını cavablamağınız tələb olunur. Türkiyə universitetlərinə qəbul zamanı isə ilk iki bölmənin suallarını cavablamaq kifayətdir. Daha sonra İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin kimi fənnlərdən birini seçib sualları cavablayaraq imtahan prosesini yekunlaşdırırsınız. Fənn seçimini isə müraciət edəcəyiniz universitetin tələblərinə uyğunlaşdırmağınız önəmlidir. SAT imtahanı ildə 7 dəfə təqribən hər iki aydan bir keçirilir. İmtahana qeydiyyat üçün (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz.

İELTS

İELTS imtahanında namizədlərin ingilis dilindən oxumaq, yazmaq, danışmaq və başa düşmək bacarıqları yoxlanılır. İngilis dilli bölmədə təhsil alacaqsınızsa bu imtahandan uğurla keçməyiniz kifayət edəcək. Minimum halda 6.0 bal toplamaq tələb olunur. 

TOEFL – Test of English as a Foreign Language İELTS imtahanları ilə oxşar olsa da, strukturu bir qədər fərqli olan bu imtahan növündə namizədlərin ingilis dili biliyi yoxlanılır. İmtahan nəticəsiylə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq mümkündür. Bu imtahanda ingilis dilində oxumaq, qulaq asmaq, danışmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları aralığında olur.

Bütün bunlarla yanaşı bəzən universitetlərin öz xüsusi dil imtahanları da təşkil olunur ki, orada da iştirak edə bilərsiniz. Ancaq məsləhətlidir ki, aşağıda adı qeyd olunan imtahanlardan sertifikat əldə edəsiniz. Çünkü əgər başqa layighələrdə və s. iştirak etmək istəsəniz təqdim etmək üçün dil sertifikatınızın olması üstünlüyünüz olacaq.

Kollec diplomu ilə qəbul

Kolleci bitiriən gənclər də Türkiyə universitetlərinə müraciət edə bilər. Bunun üçün kollec diplomunuzun Türkiyə Milli Eğitim Bakanlığı (MEB) tərəfindən tanınması lazımdır. Kollec diplomunuzun əslini və türk dilinə tərcümə olunmuş versiyasını MEB-ə təqdim etməyiniz tələb olunur. Diplomunuzun təsdiq olunduğu təqdirdə “önlisans” proqramlarına müraciət edərək “önlisans” (subbakalavr) proqramını bitirib daha sonra “lisans” (bakalavr)  proqramlarına müraciət edə bilərsiniz.

Türkiyə bursları ilə qəbul

Azərbaycanlı tələbələri ən çox maraqlandıran məsələlərdən biri Türkiyə burslarını qazanmaqdır. Təqaüd proqramı özlüyündə tələbələrin təhsil, aviabilet, yaşayış, yataqxana, tibbi sığorta kimi xərclərini maliyyələşdirir. Bunun qarşılığında isə namizədlərə hər hansısa məhdudiyyət, xüsusi şərtlər tələb olunmur. Adətən qeydiyyat yanvar-fevral aylarında elan olunur. İlkin mərhələdə tələb olunan zəruri sənədlər toplusunu dolğun şəkildə təqdim etmək daha sonra müsahibədə bu bursu niyə qazanmaq istədiyini izah etmək tələb olunur. Namizədlər müsahibə mərhələsində rəqiblərindən niyə üstün olduqlarını dünyagörüşü həmçinin danışıq, özünü təqdim etmək bacarıqları ilə sübut etməlidirlər. Türkiyə təqaüdləri proqramına müraciət prosesi olduqca asandır. Namizədlərdən elan olunan qeydiyyat tarixləri aralığında öz ərizələrini www.turkiyeburslari.gov.tr ​​ünvanına təqdim etmələri xahiş olunur. Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • – Şəxsiyyət vəsiqəsi və ya pasport
  • – Yaxın zamanlarda çəkilən pasport şəkli
  • – Yerli imtahan nəticələri
  • – Akademik transkriptlər
  • – Beynəlxalq imtahan nəticələri (müraciət olunan universitet tərəfindən tələb olunarsa)
  • – Dil imtahanı nəticələri (müraciət olunan universitet tərəfindən tələb olunarsa)

Türkiyədə bakalavr təhsili üçün hansı universitetləri seçmək daha prespektivlidir?

İlkin olaraq arzuladığınız peşəni müəyyənləşdirməyiniz önəmlidir. Bundan sonra həmin istiqamət üzrə ixtisaslaşan yaxud yüksək səviyyəli təhsil təklif edən universitetlərə yönəlmək faydalıdır. Ümumilikdə qardaş ölkədə ən prestijli hesab olunan universitetlərin ilkin siyahısına aşağıdan nəzər sala bilərsiniz.

  1. Hacettepe Universiteti
  2. İstanbul Universiteti
  3. İstanbul Teknik Universiteti
  4. Ankara Universiteti
  5. Orta Şərq Texniki Universiteti
  6. Ege Universiteti
  7. Qazi Universiteti
  8. Dokuz Eylül Universiteti
  9. Koç Universiteti
  10. Marmara Universiteti
  11. Atatürk Universiteti
  12. İstanbul Universiteti – Cerrahpaşa
  13. Yıldız Texniki Universiteti
  14. İhsan Doğramacı Bilkent Universiteti
  15. Fırat Universiteti
  16. Erciyes Universiteti
  17. Səlcuq Universiteti
  18. Qaradəniz Texniki Universiteti
  19. Boğaziçi Universiteti
  20. Çukurova Universiteti

Türkiyədə təhsil haqqları nə qədərdir?

Türkiyədə təhsil haqqları universitetlərə, ixtisasa və s. görə dəyişə bilir. Bəzən tibb, mühəndislik və s. kimi ixtisaslar nisbətən təhsil haqqının yüksək olması ilə seçilir. Ancaq ortalama götürdükdə universitetlərdə təhsil ödənişləri 300 manatdan başlayır. Ödənişləri ildə iki dəfə hissə-hissə ödəmək imkanı var. Qeyd edək ki, Türkiyə universitetləri digər Avropa ölkələriylə müqayisədə daha sərfəli hesab olunur.

Türkiyədə ingilis dilində təhsil təklif edən universitetlər hansılardır?

İngilis dili bütün dünya üzrə beynəlxalq səviyyədə tanınan ünsiyyət vasitəsidir. Eyni zamanda elmin, tibbin, iqtisadiyyatın, texnologiyanın və s. danışan dilidir. Hətta uğurlu karyeranın təməl açarlarından biridir desək yanılmarıq. Hazırda əmək bazarında ingilis dilli kadrlara təlabat artır. Zaman keçdikcə şirkətlər, qurum və təşkilatlar inkişaf edərək qlobal bazarlara çıxış əldə edir. Bu zaman isə təbii ki, ingilis dilli əməkdaşlara üstünlük verilir. Odur ki, xaricdə təhsil seçiminizi ingilis dili bölməsi üzrə edərək gələcək karyeranız üçün uğurlu addımlar atmağınız faydalı olar. Türkiyədə ingilis dilli təhsil vəd edən universitetlərin siyahısı ilə tanış olun.

  1. Boğaziçi Universiteti
  2. Ortadoğu Texniki Universiteti
  3. İzmir Texnologiya İnstitutu
  4. İstanbul Texniki Universiteti
  5. İstanbul Universiteti
  6. Marmara Universiteti
  7. Eskişehir Anadolu Universiteti
  8. Yıldız Texniki Universiteti
  9. Hacettepe Universiteti
  10. Ankara universiteti
  11. Abdullah Gül Universiteti
  12. Qaziantep Universiteti
  13. Adana Çukurova Universiteti
  14. İzmir Ege Universiteti
  15. Yalova Universiteti
  16. Çanakakle Onsekiz Mart Universiteti
  17. Konya Səlcuq Universiteti
  18. Mersin Universiteti
  19. Antalya Akdeniz Universiteti
  20. Bolu Abant İzzet Baysal Universiteti
  21. Çankırı Karatekin Universiteti

Türkiyədə əcnəbi tələbələr üçün hansı təqaüd proqramları var?

Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür. 

Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Əcnəbilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı

COHE Təqaüdü 

COHE Təqaüdü bakalavr və magistr səviyyəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün nəzərdə tutulan proqramdır. Türkiyə ali təhsil ocaqlarına qəbul olan tələbələrin Türkcə Yetərlilik Sertifikatı (YÖS)  yoxdursa, onlara bir illik dil kursu təqim olunur.

Türkdilli Ölkələrin Təqaüd Proqramı

Bu təqaüd proqramından türkdilli eyni zamanda oxşar dəyərlərə sahib ölkələrdən gələn tələbələr yararlana bilərlər. Təqaüd zonası ölkələrinə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və s. daxildir. 

Türkiyədə bakalavr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

  • Orta məktəb attestatı;
  • Transkript 
  • 3×4 fotoşəkil;
  • Xarici passport;
  • 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

❓ Ən çox verilən suallar

Türkiyədə magistr təhsili almaq üçün hansı sənədlər tələb olunur?

ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
TOEFL (Test of English as a Foreign Language)

Türkiyədə təhsil haqqı nə qədərdir?

Türkiyə universitetlərində təhsil haqqı minimum halda 300 manatdan başlayaraq dəyişir.

Türkiyədə aylıq yaşayış xərcləri necə dəyişir?

Türkiyədə ortalama aylıq yaşayış xərci 350-450 manatdan başlayır. Bu tələbənin həyat tərzindən, yaşadığı şəhərdən və s. asılıdır.

etiketler

Əlaqəli yazılar

Back to top button