Ümumi

Turkiyede magistratura

Son illər gənclər tək bakalavr təhsili ilə kifayətlənmirlər. Universiteti bitirdikdən sonra magistr təhsili almağa çalışırlar. Xüsusilə də magistr təhsillərini xaricdə oxumağa üstünlük verirlər. Tələbələrin magistr təhsili almaq istədikləri ölkələr arasında Türkiyə ilk sıralarda gəlir. Türkiyə universitetlərinə qəbul digərlərinə görə biraz rahat , həmçinin Türkiyə universitetlərində təhsil keyfiyyəti yüksək olsada təhsil qiymətləri xeyli aşağıdır. Məsafə, dil və mədəniyyət yaxınlığıda Türkiyədə oxumaq üçün səbəbləri artırır.

Turkiyede magistr həm dövlət həm özəl universitetlərdə mümkündür. Siz Türkiyənin istənilən reytinqli universetlərində magistr təhsili ala bilərsiniz.

Türkiyədə magistratura təhsili

Turkiyede magistratura  “tezli” və “tezsiz”  olaraq iki yerə ayrılır. Bunlar arasında fərq budur ki ” tezli”  proqramda oxuyanlar daha sonra doktorantura təhsili ala bilirlər. ” Tezsiz” proqramda oxuyanlar isə doktoranturaya müraciət edə bilmir.

Tezsiz proqrama qəbul olmaq daha asanddır. Burada bəzi universitetlər tək ortalama balı qəbul edir. Həmçinin fərqli ixtisasa da gedə bilərsiz tezsiz proqramramlarda.

Türkiyədə dövlət universitetlərində magistr oxumaq üçün əsas şərt təhsil almaq istədiyiniz ixtisas bakalavr dərəcəsində oxuduğunuz ixtisasla eyni olmalı və ya ona yaxın sahə olmalıdır. Digər şərt isə GPA ( ortalama bal) yaxşı olmalıdır. Balınızı 80-dən aşağı olmasa qəbul şansınız da yüksək olar. Tezli proqramda oxumaq istəyən tələbələr üçün hər universitetin fərqli şərtləri olur. Universitetlərin bəziləri ortamala balı ilə qəbul edir,digərləri isə ortalama ilə bərabər ingilis dili imtahanı olan TOEFL və ya YDD- də istəyirlər. Bəzi universitetlər ingilis dili imtahanı ilə yanaşı ALES – də tələb edir. ALES istəyən universitetlər azdır. ALES tələbi olan universitetlərdə mütlət TOEFL və ya YDS imtahan nəticəniz də olmalıdır. Tək ALES imtahandan nəticənizin olması yetərli deyil. Hazırlıqlara başlayanda mütləq bunu nəzərə alın.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Əgər türk dilində oxumaq istəsəniz həm tezli həm də tezsiz proqramramlarda universitetlər sizden TÖMƏR imtahanı tələb edəcəklər. TÖMƏR imtahanı türk dili imtahanıdır. Türk dili bildiyinizi yoxlamaq üçün verilir.

Əgər ingilis dilində təhsil almaq istəsiniz sizdən TOEFL imtahanı istəyəcəklər. Bu imtahan ingilis dili biliyinizi yoxlamaq üçündür.

Turkiyede magistr tehsil müddəti 2 ildir. Tezli təhsil – 2 il. Tezsiz təhsil 1-1.5 il.

etiketler

Əlaqəli yazılar

Back to top button