Ümumi

Türkiyədə təhsil üçün qəbul şərtləri və sənədlər.

Türkiyədə təhsil almaq üçün lazım olan əsas sənədləri pillələr üzrə sizin üçün bir araya toplayaraq qey etdik. Buyurub oxuya bilərsiniz.

1️⃣ Türkiyədə Bakalavr təhsili üçün sənədlər:

  • Attestat və ya arayış: Məktəbi vaxtında bitirib müraciət etdikdə attetat, hazırda attestat ala bilməmisinizsə, məktəbin son ilini oxuduğunuza dair arayış aləb təqdim etməyiniz kifayətdir.
  • Transcript oxuduğunuz təhsil müəssəsində bütün dərs ilinizin qiymətləndirilməsini və qiymət ortalamasını göstərən əsas sənəddir. Bu sənəd isə təhsil aldığınız müəssisədə məsul şəxs tərəfindən göstərilən və lazım olan formatda doldurulmalı və quruma təqdim edilməlidir. Sənəd türk dilində və ingilis şriftləri ilə doldurulmalıdır. Sənəd özəlliklə kompüter vasitəsilə hazırlanmalı, print edilməli və sadəcə məktəb direktoru və ya əvəzedicisi tərəfindən möhürlənib imzalanmalıdır.
  • Xarici pasport : Sənəd mütləq türk dilinə tərcümə və natarius təsdiqi edilməlidir. Əgər pasportunuz hələ də yoxdursa, şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür. Unutmayın ki, qeydiyyata zamanı sizdən mütəq pasport tələb olunacaq.
  • İmtahan: YOS, TYS, TOEFL, SAT kimi imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq bəzən tələb oluna bilər. 
  • Fotoşəkil: 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil olmalıdır.
  • Etibarnamə: Əgər müraciət edən şəxsin yaşı 18-dən aşağıdırsa, hər iki valideyn tərəfindən imzalı şəkildə etibarnamə təqdim verilməlidir.
  • Sponsorluq Kağızı ( Hər hansısa biri sizin təhsilinizin bütün xərclərinizi qarşılayacağına dair natariusda ərizə verir. Bu şəxs ata, ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd elə də lazımlı sənəd sayılmamaqdadır.
  • Denlik belgesi: Attestatınız ilə Bakı Türkiye Eğitim Müşavirliyinə gedərək sənədi təqdim etməklə əldə edirsiniz. (Ünvan : Alibey Hüseyinzade Küç. 77, Nizami met. yaxınlığı)

2️⃣ Turkiyede Magistratura Tehsili üçün sənədlər:

  • Diplom və ya arayış – Müraciət edən zaman diplomunuzu hələ almamısınızsa, son kursda oxumağınız haqqında arayış verməyiniz lazımdır.
  • Transcript – oxuduğunuz təhsil müəssəsində bütün dərs ilinizin qiymətləndirilməsini və qiymət ortalamasını göstərən əsas sənəddir. Bu zaman əsas lazım olan sonda ümumi ortalama qiymətin qeyd edilməsinin olmasıdır. Bu mütləq ki lazımdır.
  • Xarici pasport – Sənəd mütləq türk dilinə tərcümə və natarius təsdiqi edilməlidir. Əgər pasportunuz hələ də yoxdursa, şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür. Unutmayın ki, qeydiyyata zamanı sizdən mütəq pasport tələb olunacaq.
  • İmtahan – ALES, YDS, TYS, GMAT, GRE imtahan nəticələri müvafiq proqramlara uyğun olaraq tələb oluncaqdır. 
  • Fotoşəkil – 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil olmalıdır.
  • CV – xüsusiylə europass formatda olarsa yaxşıdır. 
  • Referans məktubu (reference letter) – Universitet müəllimlərindən hər hansındansa, sizə dərs tədris edən, ən yaxşı qiymət aldığınız müəllimdən alınan sənəd sizin haqqınızda.
  • Motivasiya məktubu (motivation letter) – Həyat təcrübələriniz haqqinda, ümumi təhsil aldığınız və əldə etdiyiniz biliklərinizin müraciət edəcəyiniz proqrama uyğun şəkildə əlaqəli olmasını göstərən məktubdur. Unutmayın ki, bu məktub müraciət etdiyiniz sahəyə ən ideal kandidat olacağınızı göstərən əsas sənəddir !

3️⃣ Türkiyədə Doktorantura təhsili sənədlər:

  • Diplom və ya arayış Müraciət edən zaman diplomunuzu hələ ki, almamısınızsa, son kursda oxumağınıza dair arayış verməyiniz lazımdır.
  • Transcript – oxuduğunuz təhsil müəssəsində bütün dərs ilinizin qiymətləndirilməsini və qiymət ortalamasını göstərən əsas sənəddir. Bu zaman əsas lazım olan sonda ümumi ortalama qiymətin qeyd edilməsinin olmasıdır. Bu mütləq ki lazımdır.
  • Xarici pasport – Sənəd mütləq türk dilinə tərcümə və natarius təsdiqi edilməlidir. Əgər pasportunuz hələ də yoxdursa, şəxsiyyət vəsiqəsi ilə müraciət etmək mümkündür. Unutmayın ki, qeydiyyata zamanı sizdən mütəq pasport tələb olunacaq.
  • İmtahan – ALES, YDS, TYS, GMAT, GRE kimi imtahan nəticələri müvafiq proqramlara əsas götürülür.
  • Fotoşəkil – 4 ədə 3×4, 4 ədəd 4.5×6 formatda şəkil təqdim etməlisiniz.
  • CV formaları – europass formatda olması arzuolunandır. 
  • Referans məktubu (reference letter) – Universitet müəllimlərindən hər hansındansa, sizə dərs tədris edən, ən yaxşı qiymət aldığınız müəllimdən alınan sənəd sizin haqqınızda.
  • Motivasiya məktubu (motivation letter) – Həyat təcrübələriniz haqqinda, ümumi təhsil aldığınız və əldə etdiyiniz biliklərinizin müraciət edəcəyiniz proqrama uyğun şəkildə əlaqəli olmasını göstərən məktubdur. Unutmayın ki, bu məktub müraciət etdiyiniz sahəyə ən ideal kandidat olacağınızı göstərən əsas sənəddir !

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button