Uncategorized

Turkiyede distant tehsil

Zamandan və məkandan asılı olmadan, tələbə və müəllimlərin universitetə gəlmək məcburiyyəti olmadan,mövcud kompüter ve texnologiya vasitəsilə ilə virtual mühitdə canlı, görüntülü, səsli olaraq dərslərin keçirildiyi, iştirakçıların bunları istədiyi zaman təkrar izləyə biləcəyi, görüntüləyəcəyi, müasir şəraitdə təhsil və təlimin kompüter mühitində sürətlə keçirildiyi rasional, müasir, yenilikçi bir təhsil sistemidir.

Rəsmi təhsildə tətbiq olunan açıq bir təhsil sistemi və ya ikinci sinif bir təhsil sistemi deyil.  Əksinə, inkişaf etmiş  ölkələrdə illərdir tətbiq olunan və ən yeni ölçmə və qiymətləndirmə metodlarından istifadə olunan ən müasir avadanlıqlara sahib bir təhsil sistemidir.

Distant təhsilin üstünlükləri nələrdir?

  • Fürsət bərabərliyi təklif edir.
  • Fiziki qüsurlu tələbələr üçün təhsil imkanları təmin edir.
  • Geniş bir tələbə kütləsinə təhsil xidməti göstərə bilən bir təhsil sistemidir.
  • Zamandan və məkandan asılı deyil.  Coğrafi və regional maneələri aradan qaldırır.
  • Giriş təmin edir.
  • İşləməli olan insanların təhsillərini davam etdirmələrini təmin edir.
  • Evlilik, hərbi xidmət, övlad sahibi olmaq kimi səbəblərdən təhsillərini yarımçıq qoymuş insanlara, qaldıqları yerdən davam etmək şansı verir.
  • Hər bir tələbənin öz öyrənmə sürətində öyrənməsinə imkan verir.
  • Məlumatların sürətli və asan əldə edilməsini təmin edir.
  • Üz-üzə təhsildə tələb olunan nəqliyyat, yaşayış və qidalanma kimi əlavə xərcləri aradan qaldırır.
  • Distant təhsil üçün lazım olan tək şey sürətli intetnetdir.

Turkiyede distant tehsil

Turkiyede distant tehsil almaq AzərbayTəhsil canlı tələbələr üçün daha əlverişlidir demək olar. Dil baxımdan oxşarlığın çox olması Turkiyede distant tehsile marağı artırır. Distant təhsilin qiyabi təhsildən fərqi odur ki distant təhsil zamanı universitetə getmək məcburiyyəti olmur.

Türkiyədə distant təhsil magistr dərəcəsi üçün uyğundur. Turkiyede bakalavr üçün distant təhsil yoxdur. Təəssüf ki hər ixtisas üzrə distant təhsil almaq mümkün olmur. Məsələn Tibb, jurnalistika və s. ixtisaslar üzrə bu ölkədə distant tehsil mümkün deyil. Diplomdan distan tehsil aldığınız qeyd olunur.

Türkiyədə distant təhsil üçün ətraflı məlumat almaq üçün kurslara və ya xaricdə təhsil şirkətlərinə müraciət edə bilərsiniz.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button