Ümumi

Xaricdə doktorantura təhsili üçün bu məlumatları mütləq bilməlisiniz!

Doktorantura pilləsi təhsil həyatınızın ən yüksək zirvələrindəndir. Bu istiqamət üzrə təhsil almaq hər hansısa ixtisasda mütəxəssis, ekspert, tədqiqatçı mövqeyindən çıxış etməyinizi təmin edir. Eyni zamanda araşdırma bacarıqlarınızın inkişafı, bilik səviyyənizin yüksəlməsi fonunda siz əsl peşəkar kadr olaraq formalaşırsınız. Gələcəkdə müəllifi olacağınız kitabınız işıq üzü görə bilər. Yaxud hər hansısa layihənin siması olmaq şansınız ola bilər və s. Ümumilikdə bu təhsil pilləsi üzrə müraciət edərkən bir çox məqamlara diqqət yetirmək lazımdır. Həqiqətən də, doktorantura təhsili almaq istəyirsinizmi? Çünkü müraciət mərhələsindən tutmuş tədrisin tamamlanmasına qədər olan proseslərdə nisbətən daha çox zəhmət, əzm, səbr, araşdırma və s. tələb olunur. İlk olaraq mütləq şəkildə hədəfləri müəyyənləşdirmək daha sonra istəklərə uyğun addımlar atmaq vacibdir. Günümüzdə sürətlə inkişaf edən cəmiyyət, əmək bazarı, karyera sferası namizədlərdən daha üstün biliklərə, bacarıqlara, portfoliolara sahib olmağı gözləyir. Bu səbəbdən də hazırda xaricdə doktorantura təhsili almaq məsələsi prioritetə çevrilib. Gəlin görək, bunun üçün hansı məlumatları mütləq bilməliyik?

“Research proposal” – Tədqiqat təklifi

Tədqiqat təklifi namizədin akademik bilikləri və ya ixtisasına uyğun təcrübəsini özündə əhatələyən ən vacib sənədlərdəndir. Üç əsas hissədən ibarətdir.

  • Mövzu adı
  • Tədqiqat metodologiyası
  • Tədqiqat sualları

Universitetlərdən asılı olaraq bu sənədin 10-15 bəzən hətta daha çox səhifədən ibarət olması tələb oluna bilər. Burada əsas məqam mövzunun adının maksimum şəkildə dəqiq seçilməsi və təqdim olunmasıdır. İstisna olaraq universitetlər xüsusi mövzular təyin edərək sırf bu istiqamətdə tədqiqat hazırlayan namizədlərin qəbulunu həyata keçirir. Burada diqqət olunmalı digər məqam isə tədiqat metodologiyasının müəyyən olunmasıdır. Tədqiqat metodologiyası adətən “quantitative” və “qualitative” olmaqla iki hissəyə ayrılır. Mövzu iqtisadiyyata və ya riyazi elmləri əhatə edirsə adətən “quantitative”, sosial elmlərə aiddirsə “qualitative” metodundan istifadə olunur. Tələbənin maksimum şəkildə elmi biliklərindən istifadə edərək hazırladığı metodologiya bölməsi tədqiqat təklifinin ən məsuliyyətli bölməsi hesab olunur. Bundan başqa tədqiqat sualları da öz-özlüyündə maksimum formada elmi əsaslara, nəticələrə və araşdırmalara söykənməlidir. 

Elmi rəhbərin seçilməsi prosesi necə tənzimlənir?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Əgər universitet sizdən hər hansısa xüsusi mövzunu işləməyi tələb etmirsə, bu zaman elmi rəhbərin seçilməyi də sizin öhdənizdədir. İxtisaslı professorları araşdıraraq onlara öz elmi işinizlə bağlı müraciətlər ünvanlayırsınız. Müraciətinizə həmin şəxslər tərəfindən müsbət geri dönüş gələrsə artıq tələb olunan sənədləri müvafiq universitetə təqdim edə bilərsiniz. Digər vacib məqam isə budur ki, bəzən universitet elmi rəhbərin də razılığı barədə sənədi tələb edə bilər. Bu zaman professordan həmin sənədi mütləq şəkildə əldə etdikdən sonra qeydiyyatdan keçin.

Doktorantura təhsili üçün xarici dil biliyi tələbləri necədir?

Ümumiyyətlə xaricdə təhsil almaq planı olan hər kəs mütləq şəkildə hər hansısa xarici dil biliyinə sahib olmalıdır. Çünkü bu sizin həm universitet, ixtisas seçimlərinizə öz təsirini göstərir həmçinin təqaüd qazanmaq, həmin ölkədə insanlarla anlaşmaq və s. kimi işlərinizə yardımçı olur. Xüsusilə doktorantura təhsili almaq üçün mütləq şəkildə dil biliklərinizin olduğunu sübut etməlisiniz. Universitetlərdən asılı olaraq dil sertifikatlarına olan tələblər də fərqlidir. Onlar arasında ingilis dili biliyini sübut edən ən məşhur sertifikatlara IELTS/TOEFL daxildir. Xaricdə doktorantura təhsili üçün adətən IELTS balının 6.0-6.5 olması kifayət edir. Ancaq hüquq və filologiya kimi istisna ixtisaslarda daha mükəmməl dil bilikləri tələb olunur. Bəzən dil bilikləri müsahibə zamanı yoxlanılır. Bəzən tələbənin istənilən nüfuzlu xarici elmi jurnallarda yazıları çap olunubsa ona əsasən qiymətləndirilə bilir və s. Bu barədə daha ətraflı universitetin rəsmi saytından məlumat əldə edə yaxud rəsmi email yazaraq öyrənə bilərsiniz.

Qiymətləndirilmə hansı meyarlara əsasən aparılır?

Bildiyiniz kimi hər bir universitetin xüsusi tələbləri olduğu üçün namizədin dəyərləndiirlməsi də fərqli aspektlərdən ola bilər. Bunun üçün öncədən araşdırmalar aparmaq, suallar ünvanlamaq, proseduru dərindən incələmək önəmlidir. Ümumilikdə qiymətləndirilmə tədqiqat layihəsi, namizədin elmi fəaliyyəti, müsahibə və s. kimi prosedurları əhatələyə bilər. 

Xaricdə təhsil üzrə dövlət proqramı ilə doktorantura təhsili almaq mümkündürmü?

Hazırda müvafiq proqramdan yararlanaraq doktorantura pilləsi üzrə təhsil almaq mümkündür. Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur.

Müraciət üçün tələb olunan sənədlər:

  • Dünyanın top 500 universitetlərdən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
  • Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
  • Tədqiqat işi (azərbaycan dilində və 2000 sözdən az olamayaraq);
  • Diplom(lar) və əlavəsi(ləri);
  • Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
  • Tövsiyyə məktubları (2 ədəd);
  • Sağlamlıq haqqında arayış (AZS – 086/1);
  • Elmi məqalələrin surəti (mövcud olduğu halda);
  • CV.

Qeyd edək ki, hazırda bu sənədlər toplusunun təqdimatı gündəmdə olsa da, Təhsil Nazirliyinin müraciət edəcəyiniz ilə uyğun tələblərini nəzərdən keçirməyinizdə də fayda var.

Xaricdə təqaüdlü doktorantura təhsili almaq mümkündürmü?

Dünyanın bir çox nüfuzlu ölkələri doktorantura pilləsi üzrə tələbələrə təqaüdlü təhsil almaq imkanları yaradır. Təhsil almaq istədiyiniz ölkəni seçərək bu istiqamətdə araşdırmalara apara, məlumat toplaya bilərsiniz. Ancaq biz sizə ən məşhur təqaüdlər haqqında məlumatları təqdim edirik.

  • Fulbright təqaüdü – Bu təqaüd proqramı yalnız ABŞ-da təhsil almağınızı dəstəkləyir. Xüsusilə magistr və doktorantura tələbələri üçün nəzərdə tutulub. Dünyanın 155 ölkəsindən hər il təxminən 4000 tələbə bu layihədən faydalanır. Təqaüdü qazanmağınız üçün akademik uğurlarınızın və dil biliyinizin olması tələb olunur.
  • Endeavour təqaüdü – ABŞ və İngiltərədən sonra tələbələrin ən çox üstünlük verdiyi ölkə Avstraliyadır. Endeavour Təqaüdü Avstraliyada təqaüdlə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Proqramın ən mühüm xüsusiyyətlərindən biri də digərlərinə nisbətən daha yüksək təqaüd dərəcəsi təmin etməsidir. Bu təqaüd sayəsində tələbələrin bütün təhsil və yaşayış xərcləri qarşılanır. 
  • Swiss Government Excellence Scholarship – İsveç tərəfindən maliyyələşdirilərək dünyada ən çox sevilən və müraciət olunan təqaüd proqramıdır. Xaricdə təqaüdlə təhsil almaq istəyən magistr və doktorantura tələbələrinə verilir. İsveçrə 180 ölkədən tələbələri qəbul edərək onlara məzun olduqdan sonra bu təqaüd vasitəsilə ölkədə işləmək imkanı təklif edir. 
  • Eiffel Excellence Scholarship Programme – Fransada təhsil almaq istəyən tələbələrə xaricdə magistr və doktorantura təqaüdü təklif edən ən məşhur təqaüdlərdən biridir. Proqram tələbələrin səyahət, nəqliyyat, sağlamlıq sığortası və digər xərclərini əhatə etsə də təhsil xərclərini qarşılamır.
  • DAAD -Tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan proqramdır. Proqram əksərən tələbənin Almaniyadakı bütün xərclərini qarşılayır. Müraciət edən ərizəçinin ən azı iki illik iş təcrübəsi olmalıdır.Daha ətraflı məlumat üçün proqramın rəsmi saytına keçid edə bilərsiniz.
  • Türkiyə bursları – Azərbaycanlı tələbələrin ən çox yararlandığı təqaüd proqramlarından biri dəTürkiyə burslarıdır. Doktorantura pilləsi üzrə təhsil almaq istəyən namizədlərin Türkiyə burslarına müraciət etməsi üçün 35 yaşdan aşağı olması tələb olunur. Ortalama bal göstərcisi isə minimum halda 75 faizdən çox olmalıdır. 

Xaricdə doktorantura pilləsi üzrə təhsil almaq üçün ən yaxşı ölkələr hansılardır?

Xaricdə doktorluq dərəcəsi almaq üçün bir çox ölkələrə üz tuta bilərsiniz. Ancaq qərar verməzdən əvvəl dərin araşdırma aparmalısınız. Hər zövqə və hər büdcəyə uyğun doktorantura təhsili ala biləcəyiniz bəzi ölkələr bunlardır. İngiltərə, Amerika, Kanada, Malta, Avstraliya, Yeni Zelandiya Cənubi Afrika, İtaliya, Almaniya, Çin və Fransa. Bu ölkələr həm də doktorluq dərəcənizin bütün dövlətlərdə tanınmasını təmin edir. 

Xaricdə doktorantura təhsili üçün hansı dilləri bilmək vacibdir?

Nüfuzlu ölkələrdə doktorantura pilləsi üzrə təhsili almaq niyyətindəsinizsə, ingilis, ispan, fransız və ya alman dillərindən birini bilməlisiniz. Adları çəkilən dillərdən birini mükəmməl səviyyədə bilmək doktoranturanız üçün zəruri şərtdir.

Hansı ölkədə ən ucuz doktorantura təhsili almaq olar?

Qeyd etdiyimiz kimi doktorantura pilləsi təhsilin zirrvəsi hesab olunduğu üçün bu şansı hər hansısa xarici ölkədə dəyərləndirmək əhəmiyyətlidir. Xüsusuilə büdcəyə uyğun seçimlər tapmaq işlərimizi daha da asanlaşdırar. Sizin üçün nisbətən sərfəli təhsil haqqı təklif edən ölkələri təqdim edirik.

  • İsveç
  • Finlandiya
  • Danimarka
  • Fransa
  • Almaniya
  • Türkiyə

Son olaraq qeyd edək ki, böyük araşdırmalarınıza, zəhmətinizə, tədqiqatlarınıza, elmi yazılarınıza söykənəcək doktorantura təhsilinizin xarici ölkədə gerçəkləşməsi olduqca möhtəşəm qərardır. Bu addım həyatınıza və karyeranız aböyük dəyərlər qazandıracaq. Həmçinin sizin daha təcrübəli bir mütəxəssis olduğunuzu sübut edəcək.

Xaricdə pulsuz doktorantura təhsili almaq olar?

Bəli, müxtəlif təqaüd proqramlarına müraciət etmək mümkündür.

Xaricdə təhsilə dair dövlət proqramı ilə doktorantura təhsili almaq mümkündürmü?

Bəli, mümkündür.

Doktorantura ixtisaslarına nələr daxildir?

Psixologiya, kompüter elmləri, iqtisadiyyat və s. kimi bir çox istiqmaətlərdə təhsil ala bilərsiniz.

Doktorantura təhsilinin müddəti nə qədərdir?

Universitetlərdən asılı olaraq 2-3-4 illik müddəti əhatələyir.

Əlaqəli yazılar

Back to top button