Atatürk universitetində qiyabi təhsil
Qiyabi təhsil tələbələrin daha çox seçdiyi və üstünlük verdiyi qiyabi təhsildir. Bu təhsilin üstünlüyü ondadır ki, tələbələr ancaq imtahan sessiyası olduğu zaman universitetə getməli olurlar və digər vaxtlarda öz ölkəsində qala və ya təhsil aldıqları ölkədə işləyə bilərlər.
Azərbaycanlı tələbələrin qiyabi təhsil üçün ən çox üstünlük verdiyi ölkələrdən biri Türkiyədir. Baxmayaraq ki, ölkəmizlə Türkiyə arasında məsafəmiz az olsa da tələbələr Türkiyədə qiyabi təhsil almağı daha çox istəyirlər.
Qiyabi təhsil almaq mümkün olan Atatürk universiteti haqqında
Bizim tələbələrin ən çox üstünlük verdiyi universitetlərdən biri – Türkiyənin ən böyük, məşhur universitetlərindən olan Atatürk universitetidir. Atatürk universiteti Türkiyənin ən qədim, 7- ci universitetidir. Universitetin 1957-ci ildə yaradılıb.
Atatürk universiteti Türkiyənin Ərzurum şəhərində yerləşir.
O aşağıdakılardan ibarətdir:
- 23 fakültə
- 8 institut
- 1 kollec
- 1 dövlət konservatoriyası
- 12 peşə məktəbi
- 25 tədqiqat və tətbiq mərkəzi.
Universitetə qəbul olmaq üçün Ankara, İstanbul, Qara dəniz bölgəsindəki şəhərlərdə də imtahan vermək mümkündür. Türkiyədə imtahanlarda uğur qazana bilməyən tələbələr təəssüflənməsin, Azərbaycanlı tələbələr Azərbaycanda da universitetlərə imtahan verə bilərlər.
Qiyabi təhsillə oxuya biləcəyiniz ixtisaslar
· İqtisadiyyat
· Dövlət idarəçiliyi
· Reklam
· İctimaiyyətlə əlaqələr
· Tibb işinin təşkili
· Sosiologiya
Bəs Atatürk universitetinə qiyabi təhsillə qəbul qaydaları necədir?
Türkiyənin ən prestijli universitetlərindən olan “Atatürk” universitetində heç bir imtahan vermədən yalnız attestatla təhsil ala bilərsiniz. Qiyabi təhsil zamanı ildə iki dəfə, 6 aydan bir universitetə getmək kifayətdir. Yəni, yalnız imtahan sessiyalarında getmək lazımdır. Universitetə hər dəfə getdikdə 3 gün qalmaq bəs edir. İmtahanlar ildə 2 dəfə Türkiyə də, 2 dəfə Azərbaycanda – Bakıda keçirilir. Əgər Türkiyədə keçirilən imtahanlarda uğur qazana bilməsəniz Azərbaycanda keçirilən imtahanlara qatıla bilərsiniz. İmtahanlar Türkiyənin İzmir. Ankara İstanbul və digər şəhərlərində keçirilir.
Bu universitetdə qiyabi təhsilin qiymətləri necədir?
Atatürk universiteti qiyabi təhsil zamanı qiymətlər 1200 TL, yəni 420 USD – dır. Təhsil haqqını ildə iki yerə bölüb – yəni 6 aydan bir ödəyə bilərsiniz.
Əgər təhsil haqqı sizin üçün yüksəkdirsə və üstəlik yaşayış haqqı ödəmək istəmirsinizsə, bu zaman siz təhsil proqramlarına qoşularaq təqaüd qazana bilərsiniz. Bu zaman universitetdə təhsil haqqından azad olursunuz.
Universitetə qəbul olduqdan sonra ilk səfərinizdə heç bir imtahanda iştirak etməyəcəksiniz Sadəcə sənədləri təqdim edib, təhsil haqqını ödəyirsiniz. Əgər ilk dəfə özünüz getmək istəməsəniz və ya buna vaxtınız olmasa, etibarnamə ilə sizi başqa adam əvəz edə bilər və bu əməliyyatı yerinə yetirə bilər. Əgər bu da mümkün olmasa hər hansısa xaricdə təhsil şirkətin nümayəndəsi ilk prosedurları sizin əvəzinizə edə bilər.
Türkiyədə qiyabi təhsil müddəti 4 il davam edir. Onlayn təhsil zamanı universitet bütün vəsaitlərlə pulsuz təmin edir.
Qiyabi təhsil alan tələbələrə hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani oxuyan tələbələrə şamil olunur.
Qiyabi təhsil zamanı attestat qiymətlərinizə ehtiyac yoxdur. Tələbələrə yaş limiti qoyulmur.
Qiyabi təhsil almağın üstünlükləri
Çeviklik: açıq(distant) təhsil tələbələrə təhsillərini öz vaxtlarına uyğunlaşdırmaq imkanı verir.
Xərclərin aşağı olması: Qiyabi təhsil digər əyani ixtisaslardan daha ucuzdur və tələbələrə özlərini maliyyələşdirmək üçün daha çox imkanlar və şərait yaradır.
Əlçatanlıq: Qiyabi təhsil tələbələrə internet üzərindən dünya miqyasında bir çox tədris materiallarını əlçatan edir.
Vaxtın idarə edilməsi: Qiyabi təhsil tələbələrə təhsillərini digər sosial və peşə öhdəlikləri ilə balanslaşdırmağa, düzgün planlaşdırmağa və bölgü etməyə imkan verir.
Öyrənmə üslubuna uyğunluq: Qiyabi təhsil tələbələrin öyrənmə üslublarına uyğun olan təhsil təklif etmək imkanı verir.
İş və ya iş həyatının davamı: Qiyabi təhsil işçilərin iş həyatını və təhsilini eyni anda davam etdirməsinə böyük imkan verir.
Atatürk üniversitetində qiyabi təhsilə müraciət üçün lazım olan sənədlər aşağıdakılardır:
- Attestat və transkript
- Xarici pasport və şəxsiyyət vəsiqəsi
- Şəkil 4,5 x 6 (6 ədəd)