Xaricdə Təhsil

Sadəcə attestatla xaricdə təhsil almaq bizə nə vəd edir?

Uşaqlıqdan hazırda olduğumuz yaşımıza qədər xəyallar qurarıq. Onlara çatmaq üçün əzmlə mübarizə apararıq. Öz ayaqlarımız üzərində dayanmaq üçün tələsərik. Axı uğurlu olmağın sirri elə bundadır. Sənin zəhmətin, sənin naliyyətlərin, sənin addımların…Bəs uğurlu karyera qurmaq üçün hansı addımları atmaq önəmlidir?

İlk olaraq qeyd edək ki, günümüzdə karyera bazarı sürətlə inkişaf edir. Təhsilini tamamlayaraq öz yolunu tapmağa çalışan minlərlə gənc əmək bazarında iş axtarışına başlayır. Ancaq bir çox zamanlarda universiteti qırmızı diplomla bitirmək kifayət etmir. Artıq müxtəlif şirkətlər xaricdə təhsil alan namizədlərə üstünlük verir. Bəzən müxtəlif səbəblərdən dolayı yaxud məlumat azlığı səbəbindən xaricdə təhsil almaq bizim üçün əlçatmaz görünür. Ancaq sadəcə məqaləmizi diqqətlə oxumaq tək attestatla xaricdə təhsil imkanları haqqında ilkin məlumat almağınıza kifayət edəcək. Beləliklə, bir çox Avropa ölkələri və Türkiyə böyük hədəfləri olan gənclər üçün sadəcə attestatla xaricdə təhsil fürsəti yaradır. 

Tək attestatla xaricdə təhsil almağın üstünlükləri nədir?

Bəzən tələbələr arasında tək  attestatla xaricdə təhsil almaq bir o qədər də inandırıcı səslənmir. Lakin son dövrlərdə ölkələrin sosial-mədəni siyasətlərinə nəzər salsaq, qarşılıqlı tələbə mübadiləsinə böyük maraq göstərdiklərini görə bilərik. Buna görə də, Polşa, İtaliya, Litva, Latviya, Türkiyə və s. kimi ölkələrin nüfuzlu universitetləri öz qapılarını dünyanın dörd bir yanından gələcək bütün tələbələr üçün taybatay açır. Məqsəd dünya üzrə gənclərin uğurlu inkişafına dəstək olmaqdır. Bəs gəlin görək tək attestatla xaricdə təhsil sizə nə qazandıracaq?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.
  • Peşəkar müəllimlərin köməyi ilə uğurlu inkişaf
  • Geniş təcrübə toplamaq imkanları
  • Yeni dostlar qazanmaq fürsəti
  • Fərqli mədniyyətlərlə tanışlıq
  • Müxtəlif tələbə endrimləri 

Sadəcə attestatla xaricdə təhsil almaq üçün hansı sənədləri təqdim etmək tələb olunur?

Tək attestatla xaricdə təhsil üçün müraciətlər zamanı dövlət və ya özəl universitetə müraciətinizdən yaxud bakalvr, magistratura, doktorantura kimi istənilən təhsil pilləsini seçməyinizdən asılı olmayaraq zəruri sənədləri tam formada təqdim etməyiniz sizə tələbə adını qazandıracaq. Müraciət üçün isə aşağıdakı sənədlər toplusu tələb olunur.

Bakalvr təhsili üçün

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış

Magistratura təhsili üçün

  • Bakalavr diplomu
  • Transkript (Qiymət cədvəli dekanlıqdan istəsəniz veriləcək) qiymətlərinin çıxarılışı (4 illik)
  • Fotoşəkil (rəngli) 3×4 ölçüsündə 12 ədəd
  • Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
  • 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən.
  • Niyyət məktubu 1 ədəd

Tək attestatla xaricdə təhsil aldıqdan sonra diplomlar tanınırmı?

Fərqli ölkələrdə təhsil almaq xəyalı olan hərkəsi diplomların tanınması ilə bağlı suallar narahat edir. Unutmaq olmaz ki, müraciət etdiyiniz ali təhsil ocaqlarının adlarının ölkəmizdə fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi siyahısında olub-olmadığını yoxlamaq lazımdır. Ancaq eyni zamanda müraciət etdiyiniz universitetin beynəlxalq diplom təqdim etməsini öyrənməyinizdə də fayda var. Əksərən Avropa və Türkiyə universitetlərinin diplomları dünyanın bir çox nöqtələrində rəsmi formada tanınır. 

Tək attestatla xaricdə təhsil almaq üçün hansı şirkətlərə müraciət edilməlidir?

Bəzən bir çox xarici universitetlər qəbul prosedurunun tam dəqiqliklə həyata keçirilməsinə önəm verir. Hətta məsələn, niyyət məktubunda yol verilən xırda nöqtə səhvi belə mənfi cavab almağınıza səbəb ola bilər. Bu baxımdan prosedura streslə yanaşmaq əvəzinə peşəkar mütəxəssislərlə məsləhətləşərək sizin arzularınıza uyğun seçimlər edilməsinə çalışın. Bildiyiniz kimi hazırda ölkəmizdə bir çox təhsil mərkəzləri fəaliyyət göstərir. Uzun illərin təcrübəsinə söykənən şirkətlərə üz tutmağınızda fayda var. Eyni zamanda qəbul almış tələbələrinin sayı çox olan mərkəzlər də sizin üçün müsbət hal kimi qəbul edilə bilər. Unutmayın ki, peşəkar metəxəssislər sizin xəyallarınıza uyğun şəhərlərin, universitetlərin siyahısını daha dəqiq bilir. Eyni zamanda həmin şirkətlərin əməkdaşlıqları sayəsində bir çox endirimlər, müxtəlif fürsətlər əldə edə bilərsiniz.

Əlaqəli yazılar

Back to top button