Turkiye Universitetleri

Ege Universiteti

Ötən əsrin 50-ci illərində qurulan Ege Universiteti İzmirin Ege bölgəsində yerləşir. Ege Universiteti Türkiyənin dördüncü, bölgənin ilk və köklü universiteti olaraq təsis olunduğu gündən bəri elm dünyasına töhfə verməyi, peşəkar tədqiqatçılar və inkişafa meyilli, bacarıqlı fərdlər yetişdirməyi hədəfləyir. Ar-Ge, innovasiya, sahibkarlıq, bilik və texnologiya transferi sahələrində universiteti sənaye və ictimaiyyətlə bir araya gətirmək üçün hazırlanmış unikal modeli sayəsində Türkiyədə Dördüncü Nəsil Universitet konsepsiyasının ilk nümunələrindən biridir. Eyni zamanda universitet tələbələrə yüksək keyfiyyətli təhsil, beynəlxalq standartlara uyğunlaşan, təbiət yönümlü universitet şəhərcikləri, tədris metodları, zəngin kitabxana və digər üstünlüklər təklif edir. Universitetin təqdimat filminə linkə keçid edərək baxa bilərsiniz.

Ege Universitetini fərqləndirən üstünlükləri nələrdir?

Avropa Komissiyasının təsdiqi ilə 2005-ci ildən etibarən diplom əlavəsi etiketi verən ilk iki türk universitetindən biridir. 2011-ci ildə Avropa Komissiyası tərəfindən edilən qiymətləndirmədə müvəffəqiyyətlə çıxış edərək Avropanın 40 universitetindən biri olaraq bolonya sistemini tamamlayır. Beləliklə, “AKTS (Avropa Kredit Transfer Sistemi Etiketi, ECTS) Label” mükafatına layiq görülür. Ege Universiteti 2003-cü ildə Türkiyədə tətbiq olunmağa başlayan Erasmus Proqramı çərçivəsində Avropaya tələbə göndərən ilk universitetdir. Bu günə qədər Avropaya ən çox tələbə göndərən universitet statusunu qoruyub saxlayır. Universitet daxilində bir çox şöbə proqramları və laboratoriyalar milli-beynəlxalq akkreditasiya sertifikatları almışdır. Ümumilikdə yerləşdiyi bölgənin rəngarəngliyi, hərtərəfli inkişaf üstünlüklərinə sahib olması, yüksək səviyyəli təhsili cəhətdən sözügedən universitet təhsil almaq üçün ən ideal hesab olunan tədris ocaqlarındandır. 

Ege Universitetində hansı fakültələrdə təhsil almaq olar?

  • Birgivi islam elmləri fakültəsi
  • Çeşme turizm fakültəsi
  • Stomatologiya fakültəsi
  • Əczaçılıq fakültəsi
  •  Ədəbiyyat fakültəsi
  • Müəllimlik fakültəsi
  • Təsviri İncəsənət, dizayn və memarlıq fakültəsi
  • Tibb bacısı fakültəsi
  • İqtisadiyyat və inzibati elmlər fakültəsi
  • İctimaiyyətlə əlaqələr fakültəsi
  • Mühəndislik fakültəsi
  • Sağlamlıq elmləri fakültəsi
  • İdman fakültəsi
  • Balıqçılıq fakültəsi
  • Tibb fakültəsi
  • Kənd təsərrüfatı fakültəsi

Universitet şəhərciyi (kampus) haqqında

Ege Universitetinin 10 kampusu var. Universitet şəhərciyi özündə mərkəzi kitabxananı, incəsənət qaleriyalarını, muzeyləri, idman obyektlərini  (stadion, hovuz, tenis kurortu və s.) əhatələyir. Universitetin tibb fakültəsi kampus poliklinikasında radiologiya və laboratoriya xidmətləri də təqdim olunur. Eyni zamanda universitetdə xarici dillər üzrə kurslar da fəaliyyət göstərir. 

Ege Universitetində burs qazanmaq mümkündürmü?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Qeyd olunduğu kimi Ege Universiteti ERASMUS proqramına qoşulan ali təhsil ocaqlarındandır. Eyni zamanda Türkiyə burslarının keçərli olduğu universitetlərdəndir. Həmçinin əcnəbi tələbələr üçün universitetin tətbiq etdiyi burs proqramı da mövcuddur. Müvafiq təqaüd proqramlarına müraciət edərək bu fürsətdən yararlana bilərsiniz.

Ege Universitetinə qəbul olmaq üçün şərtlər necədir?

Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqları kimi Ege Universiteti də xarici tələbələrə tək attestatla qəbul olmaq şansı yaradır. Bunun üçün tələb olunan sənədlər aşağıdakılardır. 

  • Şəxsiyyət vəsiqəsi
  • Attestat sənədi
  • Transkript
  • 3×4 4 ədəd fotoşəkil

Bununla yanaşı əcnəbi tələbələrdən türk dili biliklərini təsdiq edən YÖS imtahanından uğurla keçmək tələb olunur. EGEYÖS hər il Ege Universiteti Qiymətləndirmə, Qiymətləndirmə Tətbiq və Araşdırma Mərkəzi (EU-ODEM) tərəfindən ildə bir dəfə keçirilir. İmtahana müraciət tarixləri, imtahana müraciət üsulu, imtahanın aparılması, imtahanın məzmunu, imtahanın keçiriləcəyi mərkəzlər və imtahan tarixi EÜ-ÖDEM tərəfindən hazırlanıb təsdiq edilərək tələbələrə məlumat verilir. Eyni zamanda ingilis dilli bölmələr üzrə İELTS, TOEFL imtahan nəticələri tələb olunur.

Çox verilən suallar

  • Ege Universitetində tədris hansı dillərdə aparılır?

Türk, ingilis, alman

  • Ege Universitetinin diplomları hansı ölkələrdə keçərlidir?

İsveç, İtaliya, Macarıstan, Rumıniya, Çexiya, Danimarka, Xorvatiya, Estoniya, Latviya, Litva, Fransa, Almaniya, Azərbaycan, Avstriya, Bolqarıstan, Belçika, Malta, Polşa, Portuqaliya, Hollandiya , İrlandiya, İspaniya, Lüksemburq, Finlandiya.

  • Ege Universitetinə qəbul olmaq üçün hansı imtahanlar tələb olunur?

Tədris dilindən asılı olaraq, YÖS, İELTS, TOEFL nəticələri tələb oluna bilər.

Back to top button