Digər

İdman mərclərindən necə pul qazanmaq olar: bilməli olduğunuz əsas qaydalar

İdman mərcləri edərək, yaxşı qazanclar əldə edən insanlar haqqında hamımız eşitmişik. Bəs bu insanlar sadəcə şanslıdırlar deyə qazanırlar, yoxsa bu uğurun arxasında başqa faktorlar da var? Əlbəttə ki, istər idman mərcləri, istərsə də azerbaycanda kazino saytlari olsun, uğurlu olmaq ciddi ölçüdə şansdan asılıdır. Ancaq şans tək faktor deyil, peşəkar mərcbazları uğurlu edən, həm də strateji yanaşma və ağıllı mərclər etmələridir.

Odur ki, bu yanaşmanı öyrənib, tətbiq edən, habelə uğurlu idman mərclərinin əsaslarını bilən hər kəs müvəffəqiyyətli ola bilər. Bu, başa düşülməsi çətin və əziyyətli bir proses deyil. Bu yazıda biz sizə  idman mərclərində uğur qazanmağınıza kömək edəcək ən önəmli taktika və tövsiyələri bir araya gətirdik. Baxmayaraq ki, burada söylənənlər qazanmağınıza 100% zəmanət vermir, yenə də doğru tətbiq edildikdə onlar uduzmaq riskinizə azalda və daha stabil qazanclar əldə etməyinizə kömək edə bilər.

Ən yüksək əmsallı saytları və ən yaxşı təxmin seçimlərini tapın

Peşəkar idman mərcbazlarının ən diqqət etdiyi məqamlardan biri, daha yüksək əmsallar təklif edən bukmekerlərdə mərc etmədkir. Fərqli saytlar eyni bir qarşılaşma üçün ilə bağlı müxtəlif əmsallar təklif edə bilər. Bu, tək idman mərc saytları yox, məsələn, Azərbaycanın ən yaxşı rulet saytları da ola bilər. Əsas məsələ mərcləriniz üçün mümkün olan ən yüksək qazancı əldə edə biləcəyiniz yerdə olmağınızdır.

Əmsalları müqayisə edin və uyğunsuzluqları tapın

Uğurlu mərc etməyin kilid nöqtəsi dəyərli təxminləri tapmaqdır. Mərc yalnız o zaman dəyərli sayılır ki, seçdiyiniz təxminin gəlmə ehtimalı təklif olunan əmsalların əks etdirdiyindən yüksək olsun. Məsələn, bir təxminin baş vermə ehtimalını 50% qiymətləndirsəniz, bu hadisə üçün doğru əmsal 2.00 olmalıdır. Əgər bukmeker təxmin üçün 2.00-dan yüksək əmsal təklif edirsə, siz dəyərli mərc təyin etmiş olursunuz.

Misal 1:

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Sizin təxmini əmsalınız: 1.77

Bukmeker təklif edir: 1.85

Misal 2:

Sizin təxmini əmsalınız: 1.77

Bukmeker təklif edir: 1.71

Aydındır ki, birinci senari bizim axtardığımız təxmin növüdür. Çünki burada təklif olunan əmsal bizim hesabladığımızdan daha yüksəkdir. Bu fərq nə qədər yüksək olarsa, oyunçunun mənfəəti də o qədər yüksək olacaq.

Arbitraj mərcləri etmək

Arbitraj mərcləri mənfəət əldə etmək üçün müxtəlif bukmeker kontorlarında idman hadisəsinin bütün mümkün nəticələrinə mərc edilən unikal bir strategiyadır. Daha açıq desək, məsələn, oyunçu eyni anda bir matç üçün, həm alt, həm də üst, yaxud həm tək, həm də cüt seçiminə mərc edir. Bu halda oyunçu elə əmsallarla mərc edir ki, istənilən nəticənin baş tutma ehtimalında o qazanclı çıxır. Aşağıdakı nümunəyə baxaq:

Komanda A və Komanda B arasında bir voleybol matçını təsəvvür edin:

  • Bukmeker saytı 1: A komandasının qazanmasına 2.10 əmsal təklif edir.
  • Bukmeker saytı 2: B oyunçusunun qazanması üçün 2.15 əmsal təklif edir.

Siz birinci saytda A komandasına 100 AZN, ikinci saytda isə B komandasına 100 AZN mərc edirsiniz. Əgər A Komandası qalib gələrsə, siz 210 AZN, B komandası qalib gələrsə, 215 AZN qazanacaqsınız. Toplam mərc məbləğiniz 200 AZN olduğu üçün hər iki ehtimalda siz bir qazanc əldə etmiş olursunuz.

Arbitraj mərcləri sürətli hərəkət tələb edir, çünki əmsallar sürətlə dəyişə və bu şanslar yoxa çıxa bilər. Bu, pul qazanmağın risksiz bir yoludur, lakin bir çox platformada əmsalları izləmək və müqayisə etmək üçün ciddi vaxt və səy tələb edir. Ancaq arbitraj mərclər xüsusi alqoritm təklif edən proqramlar da mövcuddur. 

Mərc strategiyalarından yararlanın

Mərclərdə və ya ticarətdə qazanmaq bütün tarixi dövrlərdə insanları axtarışa sövq edib. Məhz bu motivasiya sayəsində tarixən insanlar günümüzə qədər gəlib çıxan və hələ də aktuallığını qoruyan mərc strategiyaları yaradıb. Aşağıda bütün dünyada mərcsevərlər arasında məşhur olan bu strategiyalarından bəziləri ilə tanış ola bilərsiniz:

Martingale sistemi

Martingale Sistemi, xüsusilə rulet kimi kazino oyunlarında məşhur mərc strategiyasıdır, lakin o, idman mərclərinə də tətbiq oluna bilər. Prinsip sadədir: siz hər məğlubiyyətdən sonra mərcinizi ikiqat artıraraq əvvəlki bütün itkiləri bir qələbə ilə bərpa etməyi hədəfləyirsiniz. Məsələn, 10 AZN mərc edib uduzsanız, növbəti mərciniz 20 AZN olmalıdır. Yenə uduzsanız, mərc məbləği 40 AZN olacaq və ikiqat artım formasında davam edəcək. Nəhayət qazandığınız zaman bütün əvvəlki itkiləri və ilkin mərcinizə bərabər mənfəəti bərpa edəcəksiniz. Ancaq bu sistem yalnız yetərli büdcəyə sahib olan oyunçular üçün məqsədəuyğundur.

Fibonaççi ardıcıllığı

Fibonacci ardıcıllığı Martingale-ə bənzər, lakin daha yavaş sürətlə artan məşhur bir mərc sistemidir. Qayda odur ki, edilən hər mərc özündən əvvəlki iki mərc məbləğinin cəminə bərabər olmalıdır. Məsələn, öncəki mərclər 2 və 3 AZN olubsa, növbəti mərc 5 AZN, uduzsanız daha sonrakı 8 AZN (5+3) olmalıdır. Qazanana qədər bu ardıcıllıq davam etməlidir. 

Sığortalama

Təsəvvür edin ki, 5 oyunluq kuponunuzda digər bütün oyunlar qazanıb, ancaq son oyun hələ başlamayıb belə. Bu halda qazancınızı sığortalamaq üçün nə edə biləcəyinizi bilirsiniz? Əksər mərcsevərlər bu halda geriyə qalan tək oyun üçün ilk kuponunda mərc etdiyi nəticənin tərsinə mərc etməklə, ayrıca bir kupon yaradır. Məsələn, geriyə qalan tək oyuna siz “Toplam 2.5 Üst” yazmısınızsa, sığortalama məqsədilə yeni kuponda “Toplam 2.5 Alt” seçiminə müəyyən miqdarda məbləğlə mərc etməlisiniz. Bu sizin bütün senarilərdə qazanmağınıza kömək edir.

Öz araşdırmanızı edin

Bəzi oyunçular öz təxminləri üçün mərc məsləhətçiləri, yaxud el dili ilə desək, bukmeker şəxslərin yardımlarından istifadə edirlər. Bu şəxslər bəzən ödənişlə, bəzən ödənişsiz formada maraqlı şəxslərlə öz təxminlərini bölüşür. Ancaq təəssüf ki, bu xidməti təklif edənlərin hamısı peşəkar mərc mütəxəssisləri deyillər. Odur ki, onlara etibar etmədən öncə işinin peşəkarları olduqlarından əmin olmaq son dərəcə vacib məsələdir. 

Lakin öz üzərinizdə çalışmağınızı, daha çox təcrübə əldə etməyiniz daha faydalı olacaqdır. Yapon atalar sözündə deyildiyi kimi: “Mənə balıq verməyin, balıq tutmağı öyrədin!”. Uğurlu bir mərcbaz olmaq istəyirsinizsə, necə analiz etmək lazım olduğunu, komandaları/oyunçuları necə dəyərləndirməli, statistikaları necə oxumalı olduğunuzu öyrənin. Fərqli taktika və strategiyaları öyrənərək, tətbiq edin və ya özünüzün unikal strategiyasını yaradın. Ən əsası isə məsuliyyətli oynamağı heç vaxt yaddan çıxarmayın!

Back to top button
Close