Xaricdə Təhsil

IELTS ilə xaricdə təhsil almaq üçün nə etmək lazımdır?

İngilis dili dünyanın əksər ölkələrində artıq beynəlxalq təhsil və ünsiyyət dilinə çevrilib. Buna görə də xaricdə təhsil almaq xəyalı olan hərkəsin bu dil üzrə biliklərinin yüksək olması üstünlükdür. Təsadüfü deyildir ki, nüfuzlu universitetlərin qəbul şərtləri arasında İELTS sertifikatı tələb olunur. İELTS – ana dili ingilis dili olmayanlar üçün ingilis dilinin beynəlxalq standartlaşdırma testidir. Beləliklə, ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün sözügedən sertfikatın əldə olunması tələb olunur. Təbii ki, İELTS nəticəsi tələb etməyən bəzi universitetlər də vardır. Ancaq bu zaman universitet, ixtisas, təqaüdlü təhsil və s. kimi geniş seçimlərdən məhrum olursunuz. Tam xəyal etdiyiniz təhsili almaq üçün bu imtahana maksimum şəkildə ciddi hazırlaşmalısınız.

İELTS imtahanı necə keçirilir? 

İELTS imtahanında namizədlərin oxumaq, yazmaq, dinləmək və danışmaq bacarıqları yoxlanılır. Tələbənin performansı göstərdiyi nəticəyə uyğun ballarla qiymətləndirilir. Ümumilikdə nəticələr 0 vəə 9 arasında olan ballarla dəyərləndirilir. Əksərən müraciət edəcəyiniz şirkət, universitet və ya digər təşkilatların tələblərindən asılı olaraq minimum halda 5 baldan yuxarı toplamaq məqbul hesab olunur. İmtahan proseduru isə aşağıdakı formatda davam edir.

  • Listening (dinləmə) – 30 minutes 
  • Reading (oxumaq) – 60 minutes 
  • Writing (yazmaq) – 60 minutes 
  • Speaking (danışmaq) – 11-14 min

İmtahanın İELTS General İELTS Academic olmaqla iki növü var.

IELTS General”da xarici ölkələrə işləmək və ya digər səbəblərdən dolayı getməyə hazırlaşan namizədlərin dil biliyi sınaqdan keçirilir. Oxumaq (reading) və yazmaq (writing) hissəsində suallar ümumi mövzuları əhatə edir. Bu növ digəri ilə müqayisədə daha asan hesab olunur.

“İELTS Academic”

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Dünyanın əksər nüfuzlu universitetlərində bakalavr və ya magistratura pillələri üzrə təhsil almağa hazırlaşan namizədlərin bu imtahandan uğurla keçmələri tələb olunur. 

İELTS-ə necə hazırlaşmaq olar?

Təcrübə göstərir ki, ingilis dilini insanlar müxtəlif cür öyrənir. Müasir dövrdə sosial medianın köməyi ilə özünüz yaxud müəllimlərlə birgə ənənəvi dərslərə qoşularaq qısa zamanda arzuladığınız nəticəyə çata bilərsiniz. İELTS imtahanlarına hazırlaşanlar üçün ən faydalı sayt adlarını təqdim edirik.

  1. IDP IELTS
  2. IELTS.ORG
  3. British Council
  4. TED Talks
  5. IELTS Simon
  6. IELTS Liz
  7. Youtube IELTS
  8. IELTS Mentor
  9. IELTS Buddy

İELTS ilə xaricdə təhsil almaq üçün minimum neçə bal toplamaq tələb olunur?

İELTS tələbi olan universitetlərə müraciət etməyi düşünürsünüzsə imtahan balınız 6.0-dan aşağı olmamalıdır. Universitetlər əksərən 6,5 baldan yuxarı bal toplayan tələbələrə üstünlük verir. Təbii ki, bu nöqtədə fərdi bölmələrdən topladığınız ballar da bəzən vacib rol oynaya bilər. Bildiyiniz kimi, IELTS balı sizin oxumaq, dinləmək, yazmaq və danışmaq bacarıqlarınızın ümumi  ortalamasını əhatə edir. Oxumaqdan 6.0, dinləmədən 6.0, yazıdan 7.0 və danışıqdan 7.0 bal toplayan namizədin ümumi qiyməti 6.5 olacaq. Bəzən müxtəlif universitet və ya təşkilatlar sizdən danışıq və ya yazı bölməsində müəyyən səviyyədə bal toplamağınıza önəm verə bilər.Məsələn, ümumi balınız 8.0 olsa belə, danışıq bölməsində 7.0 almadığınız halda müvafiq proqrama qəbul olmaya bilərsiniz. Odur ki, müraciət etdiyiniz universitet, ixtisasdan dolayı tələb olunan şərtlərə mütləq şəkildə diqqət yetirib ona uyğun hazırlaşmağa çalışın.

İELTS imtahan nəticəsi ilə hansı universitetlərə qəbul olmaq olar?

IELTS sertifikatı Avstraliya, ABŞ, Kanada, Böyük Britaniya, Yeni Zelandiya, Türkiyə, Macarıstan, İrlandiya və s. kimi ölkələrin nüfuzlu universitetləri üçün keçərli hesab olunur. IELTS ümumilikdə 140 ölkədə 11 000-dən çox təşkilat, universitet, şirkət, dövlət qurumları və immiqrasiya orqanları tərəfindən qəbul edilir. Gəlin, İELTS nəticəsi tələb edən bəzi nüfuzlu universitetlər və tələb etdikləri bal səviyyələri ilə tanış olaq.

İngiltərə Universitetləri

  • Oksford Universiteti – 7.0 və 7.5
  • Kembric Universiteti – 7.0
  • London İmperial Kolleci – 7.0
  • Edinburq Universiteti – 6.5

Amerika Universitetləri

  • Stanford Universiteti – 7.0
  • Massaçusates Texnologiya İnistutu  – 7.0
  • Harvard Universiteti  – 7.0
  • Kaliforniya Texnologiya İnistutu  – 7.0
  • Çikaqo Universiteti  – 7.0

Kanada Universitetləri

  • Toronto  Universiteti – 6.5 – 7
  • Montreal  Universiteti  – 6.5 – 7
  • Alberta  Universiteti – 6.5
  • Britaniya Kolumbiyası Universiteti – 6.5

Ən aşağı İELTS balı ilə hansı universitetlərdə təhsil almaq olar?

İELTS imtahanından minimum 5.5 bal toplayaraq bir çox universitetlərdə tələbəa dını qazana bilərsiniz. Ümumilikdə ən aşağı ballarla beynəlxalq tələbələrə öz təhsil qapılarını açan bir çox ölkələr var. Onların arasənda ABŞ, İngiltərə, Polşa, Kanada, Avstraliya və s. daxildir. Aşağıdakı siyahıda sizə aşağı ballarla təhsil təklif edən universitetlərin bəzilərinin adları ilə tanış ola bilərsiniz. Təbii ki, siyahı bununla yekunlaşmır. Öz maraq dairənizə uyğun universitet və ixtisaslar barəsində araşdırma edərək tələb etdikləri minimum bal göstəriciləri ilə tanış ola bilərsiniz. Adətən məlumatlar universitetlərin rəsmi saytlarında qeyd olunur. 

  • Oslo Universiteti – 6 bal
  • Telecom Paris – 5.5 bal
  • Kaliforniya Dövlət Universiteti – 5.5 bal
  • Şimali Dakota Dövlət Universiteti – 5.5 bal
  • Clair Tətbiqi İncəsənət və Texnologiya Kolleci – 6 bal
  • Çarlz Sturt Universiteti – 6 bal
  • Kvinslend Universiteti – 6 bal
  • Adelaide Universiteti – 6 bal
  • Waikato Universiteti – 6 bal

Hansı Türiyə universitetlərində İELTS nəticəsi ilə qəbullar həyata keçirilir?

Bildiyiniz kimi Türkiyə azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələr arasında liderdir. Gediş-gəlişin, xərclərin, təhsil haqqlarının münasibliyi, mədəniyyət oxşarlığı və s.-dən dolayı qardaş ölkədə tələbə olmaq yüksək qiymətləndirilir. İELTS tələb edən Türkiyə Universitetlərinin bəziləri ilə tanış olaq.

  • Atatürk Universiteti – 4.5
  • Osmanqazi Universiteti – 5.5
  • Bahçeşehir Universiteti – 6
  • Ondokuz May Universiteti – 6
  • İstanbul Universiteti – 6.5
  • Dokuz Eylül Universiteti – 6.5
  • Qalatasaray Universiteti – 6.5
  • İstanbul Texniki Universiteti – 6.5
  • Koç Universiteti – 6.5
  • Yeditepe Universiteti – 6.5

Azərbaycanda İELTS imtahanında iştirak üçün nə qədər ödəniş tələb olunur?

Ölkəmizdə hazırda İELTS imtahanına giriş üçün tələb olunan ödəniş qiymətləri aşağıdakı kimidir.

  • IELTS Academic and General Training qiyməti 370 AZN
  • IELTS for UK Visas and İmigration (UKVİ) qiyməti 415 AZN
  • IELTS Life Skills (A1 and B1) qiyməti 350 AZN

Sonda qeyd edək ki, İELTS imtahanından topladığınız yüksək ballar təqaüdlü təhsil şansı, geniş ixtisas və universitet seçimi şansı qazanmağınızı təmin edə bilir. Buna görə də maksimum şəkildə ciddi hazırlaşaraq imtahana qoşulun. Eyni zamanda hədəflərinizə və xəyallarınıza uyğun istiqamətlərə yönəlməyə çalışın.

IELTS balı nəyə əsasən hesablanır?

Oxumaq, yazmaq, danışmaq və dinləmək bacarıqlarınızın ümumi ortalama nəticəsi hesablanaraq təqdim olunur.

IELTS imtahanları çətindirmi?

IELTS dünyada ən çox tətbiq olunan ingilis dili testidir. Uuzun illərdir ki, imtahan strukturu tam formalaşıb. Buna görə də, əzmlə hazırlaşanlar üçün imtahan əslində çətin hesab olunmur.

Xaricdə təhsil üçün ən yüksək və ən aşağı İELTS balları hansılardır?

Ümumilikdə İELTS nəticələri 0 və 9 arasında dəyişir. 5 baldan yuxarı toplamaq məqbul hesab olunur. Ancaq müsbət cavab almaq istəyənlər 6.5 baldan yuxarı nəticə göstərmələri üstünlükdür.

Əlaqəli yazılar

Back to top button