Turkiye Universitetleri

İzmir universitetleri

İzmirin hansı nüfuzlu universitetləri var?

Türkiyənin üçüncü böyük şəhəri olan İzmir müasirliyi, rəngarəng şəhər həyatı, mehriban, şən enerji dolu insanları, nüfuzlu universitetləri, turizm bölgəsi olması ilə gənclərin diqqətini çəkir. İzmirin qərbində ecazkarlığı ilə qəlbləri valeh edən dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Çeşmə yarımadası yerləşir. Bütün bu və digər özəllikləri ilə şəhər əsl gənclik yaşamaq üçün ən unikal bölgələrdəndir. İndi siə gəlin İzmirin bütün dünyaya səs salan nüfuzlu universitetləriylə tanış olaq.

  • Dövlət Universitetləri
  • Ege Universiteti
  • Dokuz Eylül Universiteti
  • İzmir Texnologiya İnstitutu
  • İzmir Katip Çələbi Universiteti
  • Bakırçay Universiteti
  • İzmir Demokratiya Universiteti
  • Milli Müdafiə Universiteti Hava Astsubay Peşə Məktəbi
  • Sağlamlıq Elmləri Universiteti
  • Vəqf Universitetləri
  • İzmir İqtisadiyyat Universiteti
  • İzmir Konsept Peşə Məktəbi
  • Yaşar Universiteti
  • Türk Hava Qurumu Universiteti
  • İzmir Tınaztepe Universiteti

İzmir universitetlərinə qəbul şərtləri necədir?

Türkiyənin məşhur turizm şəhərində təhsil almaq üçün burada fəaliyyət göstərən universitetlərin tələblərinə uyğun sənədləri təqdim etməyiniz tələb olunur. Xüsusilə vurğulamaq lazımdır ki, tək attestat sənədiylə bakalavr pilləsi üzrə, sadəcə bakalavr diplomu ilə isə magistratura pilləsi üzrə tələbə adını qazanmaq mümkündür. Lakin dil biliklərinizi təsdiq edən YÖS (türk dili), İELTS (ingilis dili), TOEFL (ingilis dili) kimi imtahan nəticələrini təqdim etməyiniz önəmlidir. Hər bir universitetin rəsmi saytında qeydiyyat mərhələsi barəsində ətraflı məlumatlar paylaşılır. 

Aşağıdakı sənədlər tələb olunur.

Bakalavr təhsili üçün 

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.
  • Attestat
  • Şəxsiyyət vəsiqəsi
  • YÖS imtahan nəticəsi
  • Transkript
  • Fotoşəkil

Magistratura təhsili üçün 

  • Bakalavr diplomu
  • Transkript
  • Europass CV
  • Xarici pasport
  • 2 ədəd referans məktubu

İzmir Universitetlərində tələbələrin ən çox üstünlük verdiyi prestijli ixtisaslar hansılardır?

Hər birimizin uşaqlıqdan bu günə qədər xəyalını qurduğu ixtisaslar var. Hansı ki, özümüzü o sahələr üzrə daha bacarıqlı, istedadlı, məsuliyyətli hiss edərik. Ancaq bəzən isə günün tələblərinə, getdikcə texnoloji həllərlə zənginləşən əmək bazarının ehtiyaclarına, gəlirliliyinə uyğunlaşmaq da önəmlidir. Çünkü seçim etdiyimiz ixtisas üzrə davam etmək gələcəkdə necə yaşayacağımızı, hansı istiqamətlərdə davam edəcəyimizi müəyyənləşdirər. Bu zaman biraz araşdırmalar aparmaq, ekspertlərlə müzakirə etmək faydalıdır. Sizin üçün İzmir Universitetlərində tələbələrin ən çox üz tutduğu ixtisasları təqdim edirik.

  • Proqram mühəndisliyi
  • Psixiatriya
  • Kompyuter mühəndisliyi
  • Psixologiya
  • Kibertəhlükəsizlik
  • Molekulyar biologiya və genetika
  • Hüquq
  • Biznes

İzmir Universitetləri ERASMUS təqaüd proqramını dəstəkləyirmi?

İzmir Universitetləri arasında məşhur ERASMUS təqaüd proqramını dəstəkləyənlər aşağıdakılardır.

  • Ege Universiteti
  • İzmir İqtisadiyyat Universiteti
  • Yaşar Universiteti
  • İzmir Texnologiya İnstitutu
  • İzmir Universiteti
  • Dokuz Eylül Universiteti
  • İzmir Katip Çələbi Universiteti

İzmirin ən nüfuzlu universiteti hansıdır?

Son statistik göstəricilərə əsasən İzmirin ən qabaqcıl ali təhsil ocağı Ege Universitetidir. Ege Universiteti 2005-ci ildən etibarən tələbələri diplom əlavəsi ilə təmin edən ilk iki türk universitetindən biridir. 2003-cü ildə Türkiyədə tətbiq olunmağa başlayan Erasmus Proqramı çərçivəsində Avropaya tələbə göndərən ilk universitetdir. Bu günə qədər Avropaya ən çox tələbə göndərən universitet statusunu da qoruyub saxlayır. Universitet daxilində bir çox şöbə proqramları və laboratoriyalar milli-beynəlxalq akkreditasiya sertifikatları almışdır. Universitetin kampusu bütün gününüzü yalnız bu kampusu ziyarət etməyə həsr edə biləcəyiniz böyüklükdədir. Onun mərkəzində kitabxana və qapalı olimpiya hovuzu var. İmtahan həftələrində kitabxana 24 saat açıqdır və tələbələri pulsuz yeməklə təmin edir. Bütün bunlardan əlavə, kampusda tələbələr üçün idman salonları, tələbə klubları, parklar, kinoteatrlar və əylənə biləcəyiniz bir çox başqa sahələr var. Eyni zamanda Ege Universiteti təhsil sisteminin yüksək keyfiyyəti, müasir texnoloji həllərə uyğunlaşması, peşəkar müəllim heyəti ilə fərqlənir.

İzmirdə neçə universitet var?

İzmirdə hazırda on üç universitet var. 

İzmir Universitetlərinə qəbul olmaq üçün hansı imtahanlar tələb olunur?

Yalnız YÖS, İELTS və s. kimi xarici dil imtahanlarından hər hansısa biri.

İzmir universitetlərinin diplomları tanınırmı?

İzmir universitetlərinin diplomları bir çox ölkələrdə rəsmi şəkildə tanınır.

Back to top button