Ümumi

Maestro School: 2024-2025 Tədris İli üçün Qeydiyyat!

Nə tədris olunur?

Maestro School-da biz, gənc beyinləri ilhamlandırmaq və onları gələcək üçün hazırlamaq məqsədilə geniş və maraqlı tədris proqramı təklif edirik. Proqramlarımız müxtəlif yaş qrupları üçün uyğunlaşdırılıb və hər bir şagirdə yaşına uyğun təhsil və praktiki təcrübə təqdim olunur.

5-7 Yaşlı Uşaqlar Üçün:

  • İlk Robotlarını Necə Yaratmaq: uşaqlar sadə robotlar qurmağı öyrənib, yaradıcılıq və texniki bacarıqlarını inkişaf etdirirlər.
  • Robotları Necə Kodlaşdırmaq: kiçik yaşlı şagirdlərimiz robotlarını kodlaşdırmağı öyrənirlər.
  • Layihə əsaslı robotik həllər: robotların layihələndirilməsi zamanı alqoritmlərin qurulmasının əsaslarının öyrənirlər.

8-11 Yaşlı Uşaqlar Üçün:

  • IT START: şagirdlər təməl İT biliklər ilə tanış olurlar.
  • Alqoritmika – Proqramlaşdırmaya Giriş: alqoritmlər və proqramlaşdırma anlayışlarının əsaslarını öyrənilməsi.
  • No-code Proqramlaşdırma: şagirdlərimiz no-code platformalardan istifadə edərək öz ideyaları əsasında veb sayt və tətbiq yaradırlar.
  • Oyun Tərtibatı: uşaqlar müxtəlif proqramlaşdırma platformaları öyrənərək öz oyunlarını tərtib edirlər.
  • Mechatronikaya Giriş: burada uşaqlara 3d modelləşdirmə və 3d çapı, elektrik mühəndisliyi, robot texnikasının işləmə prinsipləri və layihə hazırlama dərsləri öyrədilir.
  • Front-End Proqramlaşdırma: şagirdlər veb saytlar və interaktiv veb səhifələr yaratmağı öyrənirlər.

12-16 Yaşlı Uşaqlar Üçün:

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.
  • Front-End roqramlaşdırma: yeniyetmələr HTML, CSS, JavaScript kimi proqramlaşdırma dillərini öyrənərək öz veb sayt və tətbiqləri yaradırlar.
  • Mobil Proqramlaşdırma: burada şagirdlər React Native və ya Flutter proqramladşrma alətlərini öyrənərək mobil ttəbiqlər tərtib edirlər.
  • Back- End roqramlaşdırma: şagirlərimiz Python Django proqramlaşdırma dilini, arxitekturanın qurulmasını öyrənirlər.
  • Robotexnika: burada uşaqlar arduiono proqramlaşdırma dili, 3d modelləşdirmə, elektrik mühəndisliyi, ağıllı layihələrin hazırlanması tədris olunur.

    Bu proqramları uğura bitirib final layihələrini bitirənlər, artıq hazır mütəxəssis kimi məzun olmuş olurlar

Həmçinin Maestro School-da bütün yaş qrupundan olan məktəblilərə soft bacarıqlar və layihələrin idarə edilməsinin əsasları öyrədilir.

Niyə Maestro School?

Maestro School -da tədris müddəti üç il təşkil edir, bu da şagirdlərə dərin və hərtərəfli təcrübə qazandırır.
Qeyd edək ki, dərslərimizin 20-30% nəzəriyyəyə, 80-70% isə praktikaya həsr olunur.
Maestro School bütün şagirdlərinə fərdi yanaşıb onların təhsil ehtiyyaclarını təyin edib ən keyfiyyətli İT təhsili təşkil edir.

Qlobal və Yerli Nailiyyətlər

Biz, rəqabətin gücünə və bacarıqların real dünyada tətbiq olunmasına inanaraq. şagirdlərimizi həm yerli, həm də beynəlxalq layihələrə cəlb edirik. Onlar, Dünya Robot Olimpiadası (WRO), SAF, Robotex, IFO kimi nüfuzlu yarışmalarda qızıl, gümüş və bürünc medallar qazanaraq möhtəşəm uğurlar əldə ediblər. Şagirdlərimiz beynəlxalq arenada da, STEM Beynəlxalq Olimpiadası, Neo Science Olimpiadası, Vilippo Olimpiadasında startup layihə ilə və daha bir neçə nüfüzlü beynəlxalq yarıışmalarda qələbə qazanmışdılar.

Yenilik – Xaricdə Təhsiı

Bu ildən etibarən, Maestro School partnyorları ilə bərabər təhsillərini xaricdə, İT sahəsi üzrə xaricdə ali təhsil almaq istəyən şagirdlərə və abituriyentlərə tam dəstək göstərəcəkdir. Bura şagirdin qəbul alması, təqaüdlə təhsilinə davam etməsi üçün yol xəritəsinin çizilməsi, əlavə dərslərin tədris olunması (A- level fənlər, SAT riyaziyyat və ingilis dili və s.), motivasiya məktubunun yazılmasının və müsahibəyə hazırlıq dərslərinin təşkili aiddir.

Maestro School-da, yeni texnologiyalarla təhsilin birləşdiyi bir icmanın bir hissəsi olub övladınızın gələcəyini proqramlaşdırın.
Uğura gedən yol Maestro School-dan keçir.

Qeydiyyatdan keçmək üçün:
+994513002233
Sosial media:
https://www.instagram.com/maestroschool.az/

Ünvan: Ağ Şəhər, Mərkəzi Bulvar küç 4.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close