Ümumi

Rusiyada təhsil almaq tələbələrə nə qazandırır?

Yaddaşlarda “nağıllar ölkəsi” kimi qalan Rusiya xaricdə təhsil almaq üçün tövsiyyə olunan ən uğurlu ölkə seçimlərindən hesab olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, Rusiya Kanada, Yaponiya, İsrail və ABŞ kimi nəhəng dövlətləriləri geridə qoyaraq dünyanın ən savadlı ölkəsinə çevrilməyi bacarıb. Beləliklə, əhalinin yarıdan çoxu ali təhsillidir. Eyni zamanda hər il dünyanın 168 ölkəsindən 270 mindən çox tələbə Rusiya universitetlərində təhsil almağa gəlir. 

Bəs Rusiyada təhsil almağın hansı üstünlükləri var?

Rusiyada universitet təhsilinin əsas üstünlüyü ondan ibarətdir ki, siz hər sahə üzrə dərin və fundamental biliklər əldə edə bilərsiniz. Eyni zamanda, ölkə təbiət elmləri, fizika və riyaziyyat kimi ixtisaslı məktəbləri ilə məşhurdur. Rusiya riyaziyyatçılar, fiziklər, kimyaçılar, geoloqlar, mühəndislər, proqramçılar, həkimlər və digər təbiət elmləri mütəxəssislərinin yetişdirilməsi üzrə qabaqcıl dünya lideridir. Bunu Rusiya universitetlərinin beynəlxalq reytinqləri də təsdiqləyir. Tələbələri Kalininqraddan Vladivostoka qədər ölkənin 82 regionundan 741 universitet seçimi; Riyaziyyat və elmdən tutmuş aktyorluq sənətinə qədər 400-dən çox təhsil proqramı; 650-dən çox bakalavr, magistratura, ixtisasartırma, doktorantura, təcrübə proqramları gözləyir.

Rusiyada təhsil haqqı nə qədərdir?

Rusiya universitetlərində təhsil haqqları ABŞ, Kanada və Böyük Britaniya universitetlərindən qat-qat ucuzdur. Təhsil baxımından Rusiyanın aparıcı universitetləri Qərb təhsil müəssisələri üçün əsl rəqibdir. Moskva və ya S.Peterburqdakı universitetlər bir qədər bahalı olanlardır. Ancaq digərləri təhsil və yaşayış haqları daha ucuz olanlardır. Beləliklə, paytaxtdan kənar bölgələrdə qiymətlər nəzərəçarpacaq dərəcədə aşağıdır. Təhsil xərcləri ilə bağlı daha detallı təfərrüatları universitetlərin internet səhifələrində də tapa bilərsiniz.

Rusiya universitetlərində təqaüd qazanmaq mümkündür?

Rusiya xarici tələbələrə pulsuz təhsil təklif edən azsaylı ölkələrdən biridir. Beləliklə, Rusiya hökuməti hər il əcnəbi tələbələr üçün ölkə universitetlərində pulsuz təhsil almaq üçün kvotalar ayırır. Eyni amanda universitet olimpiadalarında iştirak edən və mükafat qazanan tələbələr müxtəlif formalarda qiymətləndirilir.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Rusiya universitetlərinin diplomları tanınırmı?

2003-cü ildə Rusiya zəruri öhdəlikləri qəbul edərək boloniya bəyannaməsinə qoşulur. Bu isə Rusiya universitetlərinə məxsus diplomların dünyanın əksər ölkələrində etibarlı olduğunu göstərir. Bununla yanaşı, Rusiyanın bir çox universitetləri digər ölkələrin universitetləri ilə məzunlara ikili diplom verən proqramlar həyata keçirirlər. Yəni Rusiyada oxuyan şəxs həm Rusiya diplomu, həm də Avropa universitetinin diplomu əldə edə bilər.

Rusiyada tələbələrə hansı endrimlər tətbiq olunur? Necə əylənir?

Rusiyada tələbələrə ictimai nəqliyyatda, muzeylərə, kitabxanalara, teatrlara, konsertlərə, parklara, digər ictimai və əyləncə məkanlarına səfərlər də daxil olmaqla müxtəlif endirimlər verilir. Tələbələr dərsdən sonra idman yarışlarında, yarışlarda və festivallarda iştirak edirlər. Universitetlərin öz tələbə teatrları, idman komandaları, könüllü klubları və s. var. Dünya ölkələrində rast gəlinməyən sadəcə rusiyalı tələbələrə məxsus olan yumoristik oyunlarından ibarət KVN komandaları (Bacarıqlı və şənlər klubu) Mərkəzi Rusiya televiziya kanallarının proqramlarında iştirak edə bilər. BU isə tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafına, peşəkarlaşmasına, özünə inamlı olmasına şərait yaradır.

Rusiyada təhsil hansı dildədir?

Dünyada təxminən 260 milyon insan rus dilində danışır. Təqribi 10,5 milyon əcnəbi rus dilini davamlı olaraq öyrənir. Rusiya universitetləri rus dilini öyrənmək üçün müxtəlif proqramlar təklif edirlər. Xarici tələbələr üçün bir illik rus dili hazırlıq proqramı pulsuz verilir. Eyni zamanda ölkə universitetləri ingilis dilli təhsil proqramlarını da dəstəkləyir.

Universitet şəhərcikləri (kampus) haqqında

Rusiyanın rahatlığı, müasirliyi ilə Qərbin ali təhsil ocaqlarına meydan oxuyan universitet şəhərciklərində laboratoriyaların, elmi-tədqiqat mərkəzlərinin, tədris korpuslarının yüksək texniki səviyyədə təchiz edilməsi burada keçən tələbə həyatını bənzərsiz edir. Əksər Rusiya universitetlərinin yaşayış xərcləri çox sərfəli olan şəxsi yataqxanaları var. Eyni zamanda kampus həyatı tələbələrə unudulmaz xatirələr, birgə keçən xoş anlar, yeni dostlar qazanmağı vəd edir. Bundan başqa Rusiya asanlıqla adaptasiya oluna bilən ölkələrdəndir. Ölkə ərazisində 100-dən çox dil və dialektdə danışan 200-dən çox xalq yaşayır. Ölkədə xristianlar, müsəlmanlar, buddistlər, yəhudilər və digər dinlərin nümayəndələri sülh şəraitində birgə yaşayırlar. Ölkənin çoxmillətli etnik quruluşu mədəniyyətdən tutmuş gündəlik həyata qədər bütün yaşayış sahələrini əhatə edir. Rusiya universitetləri əcnəbilərin təhsili və onların inteqrasiyası sahəsində çoxillik təcrübəyə sahibdir.

Rusiya universitetlərinə necə qəbul olmaq olar?

Rusiya universitetlərində bakalavr təhsili almaq üçün tək attestat sənədiylə müraciət etməyiniz kifayətdir. Eyni zamanda digər zəruri sənədlər toplusu da tələb olunur. Buraya aşağıdakı sənədlər daxildir. 

  • Attestat sənədi
  • Xarici passport
  • Doğum haqqında şəhadətnamə
  • 3×4 ölçüdə olan 6 ədəd fotoşəkil
  • Xüsusi xəstəliklər üçün tibbi arayış

Daha ətraflı məlumat üçün universitetlərin saytlarına və ya xaricdə təhsil şirkətlərinə müraciət edə bilərsiniz. Tələbələr üçün həmçinin tək bakalavr diplomu ilə magistr təhsili almaq şansı da yaradılır. Eyni zamanda qiyabi təhsil almaq imkanları da mövcuddur. 

Hansı ixtisaslar üzrə təhsil almaq olar?

Yuxarıda qeyd olunduğu kimi Rusiya geniş universitet və ixtisas seçimləriylə xarici tələbələrə öz təhsil qapılarını açır. Arzuladığınız sahəyə uyğun seçim edərək təhsil ala bilərsiniz. Ancaq qərar verməkdə çətinlik çəkirsinizsə sizin üçün günümüzdə ən prestijli və gəlirli hesab olunan ixtisas adlarını təqdim edirik.

  • Tibb
  • İnformasiya Texnologiyaları
  • Psixologiya
  • Mühasibatlıq
  • Digital Marketinq
  • Mühəndsilik sahələri
  • Qrafik dizayn və s.

Rusiyanın ən yaxşı universitetləri hansılardır?

Rusiyada universitet seçimi bol olduğu üçün siz təhsil almaq istədiyiniz ixtisasa, şəhərə uyğun seçim edə bilərsiniz. Həmçinin təhsil haqqları, tədris dili, əcnəbi tələbələrin çoxluğu, şəhərin iqlimi və s. kimi göstəricilərə əsasən də qiymətləndirmə apara bilərsiniz. İngiltərə və Almaniyadan sonra Avropa ölkələri arasında ən çox 400 universitetə ​​malik ölkə Rusiya Federasiyasıdır. Rusiyanın ən yaxşı universitetləri və onların reytinqi aşağıdakı kimidir.

  1. Lomonosov adına Moskva Dövlət Universiteti (78-ci sırada)
  2. Sankt-Peterburq Dövlət Universiteti (Sıra: 242)
  3. Novosibirsk Dövlət Universiteti (Sıra: 246)
  4. Tomsk Dövlət Universiteti (Sıra: 272)
  5. Bauman adına Moskva Texniki Universiteti (Sıra : 281)
  6. Moskva Fizika-Texniki İnstitutu (Sıra: 290)
  7. İqtisadiyyat Məktəbi (Sıra : 305)
  8. Rusiya Xalqlar Dostluğu Universiteti (Sıra : 317)
  9. Moskva Beynəlxalq Nüvə Universiteti (Sıra : 319)
  10. Kazan Federal Universiteti (Sıra: 347)
  11. Ural Federal Universiteti (Sıra : 351)
  12. Moskva Dövlət Diplomatiya İnstitutu (Sıra: 362)
  13. İTMO Universiteti (Sıra : 365)
  14. Sankt-Peterburq Dövlət Politexnik Universiteti (Sıra: 393)
  15. Tomsk Politexnik Universiteti (Sıra : 395)

Rusiyada tələbə olaraq həm də işləməyə icazə varmı?

Tələbələrin Rusiyada rəsmi olaraq təhsil almaq və işləmək imkanları vardır. Beləliklə, 2013-cü ildən qüvvəyə minən qanuna görə, Rusiya Federasiyasına xaricdən təhsil üçün gələn hər bir tələbə dərslərinə mane olmamaq şərti ilə işləyə bilər. Qeyd edək ki, Rusiyada part-time işləməklə məktəb və yaşayış xərclərinin müəyyən bir qismini qarşılaya bilərsiniz.

Ən çox verilən suallar

Rusiya diplomları tanınırmı?

Bəli, tanınır. Rusiya boloniya sisteminə qoşulması sayəsində artıq bir çox dünya ölkələrində Rusiya universitetlərinə məxsus diplomlarınız tanınacaq.

Rusiyada təhsil haqqları nə qədərdir?

Rusiyada təhsil haqqı demək olar ki, bütün ölkələrlə müqayisədə çox sərfəlidir. Bunun qarşılığında sizin üçün yüksək səviyyəli təhsil təklif olunur. Minimum halda 200-300 dollardan başlayaraq dəyişir.

Rus dilini bilmədən qəbul olmaq olurmu?

Bəli, mümkündür. Sizin üçün bir il əlavə rus dili kursu hazırlığı keçirilir. 

Rusiyada pulsuz təhsil almaq mümkündür?

Rusiya əcnəbi tələbələrə pulsuz təhsil təklif edən nadir ölkələrdəndir.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button