Ümumi

Turkiye universitetlerine qebul

Türkiyə təhsil sistemi son illərdə sürətlə inkişaf edir. Dünyanın ən reytinqli universetləri arasında Türkiyə universitetləri TOP 50- də yer alır. Tək Azərbaycandan deyil dünyanın başqa yerlərindən də Türkiyəyə tələbə axını çoxdur. Buna səbəb isə Türkiyədə təhsil qiymətlərinin Avropa ölkələrinə nisbətən aşağı olmasıdır. Elə Azərbaycan universitetləri ilə də müqayisə elesək Türkiyə dövlət universitetlərində təhsil qiymətləri bizim dövlət universitetlərimizdən aşağıdır.

Türkiyə universitetlerinə qebul prosesi

Türkiyədə universitetlər özəl və dövlət olmaqla 2 yerə alır.  Turkiye universitetlərine qebul hər universitetə görə dəyişir. Hər universitetin özünün qəbul şərtləri var. Türkiyədə bakalavr, magistr və doktorantura təhsili ala bilərsiniz. Bakalavr təhsili üçün tələbələr SAT I, TQDK, YÖS imtahanı verməlidilər. Magistr pilləsinə qəbul şərtləri də universitetə görə dəyişir. Bir çox universitet sadəcə ortalama balı, bəziləri isə TOEFL, GRE kimi imtahanlar istəyir.

Turkiye universitetlerine qebul imtahansız attestatla da mümkündür. Siz universitetlərə heç bir imtahan vermədən yalnız attestatla qiymetləri ilə də qəbul ola bilərsiniz. Bu zaman attestat qiymətləri və ya ortalama attestat balı götürülür. Yalnız türk dilindən imtahan vermək tələb olunacaq. Əgər imtahanı verə bilməsəniz bir il hazırlıq oxumalısınız. Təbii ki hər universitet attestatla qəbul etmir. Reytinqli universetləri qəbul üçün ancaq müəyyən imtahanları tələb edir. Siz Türkiyə universitetlərində həm türk həm də ingilis dilində təhsil ala bilərsiniz.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button