Ümumi

Turkiyede herbi tehsil

Son illər Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq, iki dövlətin hərbçilərinin keçirdiyi birgə təlimlər gənclərdə Turkiyede herbi tehsil almağa marağı artırıb.

Turkiyede herbi tehsil almaq üçün hansı şərtlər tələb olunur? Kimlər Türkiyədə hərbi təhsil ala bilər?

Türkiyə Respublikası Silahlı qüvvələrinin Quru Qoşunları Ali hərbi məktəbinə qəbul olmaq üçün TQDK tərəfindən mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplamış abituriyentlər müraciət edə bilərlər.

Türkiyə Respublikası Silahlı qüvvələrinin Quru Qoşunları Ali hərbi məktəbinə qəbul olunmaq üçün aşağıdakı göstəricilərə də sahib olmalısınız:

  • • 16 – 20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar);
  • • Yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün – 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları – 169 sm və 54 – 74 kq arası);
  • • Sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan “Hərbi müdavim ola bilər” qeyd olunmuş arayış əldə edən;
  • • Nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan;
  • • Nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayanlar.

Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 il təkmilləşmə kursuna cəlb olunur.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq üçün aşağıdakı şərtlər tələb olunur:

IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600- dən yuxarı bal toplayan, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak etmək hüququna malikdirlər.

Gülhanə Hərbi Tibb Akademiyasının Ali tibb  fakültəsində təhsil müddəti 6 ildir. Təhsil müddətində kursantlar dövlət təminatında olurlar.

Həmçinin Türkiyənin Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına da kursant qəbulu olur. Akademiyaya qəbul olunmaq üçün müsabiqədə DİM tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 250 və daha yüksək bal toplayan 17-20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər. Digər şərtlər demək olar ki Silahlı qüvvələrinin Quru Qoşunları Ali hərbi məktəbinin şərtləri ilə eynidir. Təhsil müddəti 4 ildir.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button