Ümumi

Türkiyədə magistr təhsili oxumaq istəyənlər üçün vacib məlumatlar!

Həyatımız boyunca uğurlu olmağa, öz hədəflərimizə çatmağa çalışarıq. Xoşbəxt olmağın sirri də elə bundadır. Apardığımız mübarizələr, qazandığımız nailiyyətlər, qarşılaşdığımız çətin anlar bir ömür bizimlə birgə addımlayar. Məktəb illərini bitirdikdən sonra ilk məqsədimiz universitetə qəbul olmaq olur. Axı hamı kimi tələbə adını qazanmağı, o illəri doya-doya yaşamağıs evirik. Təbii ki, işin digər ciddi tərəfi də var. Yolun sonunda lazım olan bilik və bacarıqlara, təcrübəyə də sahib olmalıyıq ki, karyera bazarında da öz yerimizi qoruyub saxlaya bilək. Son dövrlər tələbələr arasında xarici universitetlərdə təhsil almaq əsas prioritetə çevrilib. Xüsusilə gənclər arasında bakalavr dövründən sonra Türkiyədə magistr təhsili oxumaq ənənəyə çevrilib. Çünkü tələbəlik illərində öyrənilən bilik və təcrübələri fərqli ölkədə sınaqdan keçirmək və ya inkişaf etdirmək olduqca əhəmiyyətlidir. Eyni zamanda Türkiyədə magistr təhsili tələbələr üçün yeni karyera imkanları, fərqli ölkələrdən olan dostlar qazanmaq şansı yaradır. Bəs gəlin görək, Türkiyədə magistr təhsili planlayan dostlarımız hansı məlumatları bilməlidir?

Niyə Türkiyədə magistr təhsili almalıyıq?

Son illər sürətlə inkişaf edən tədris sistemi ilə qardaş ölkənin ali təhsil ocaqları dünya universitetlərinə meydan oxuyur. Türkiyə Avropa ölkələri ilə müqayisədə sizin üçün ən sərfəli tələbəlik illəri vəd edir. Burada illik təhsil haqqları və yaşayış xərcləri olduqca münasibdir. Eyni zamanda təhsil haqqlarını ildə iki dəfə yarı-yarı ödəmək imkanları da yaradılır. 

Turkiyede magistr tehsili haqqında ətraflı məlumat

Türkiyədə magistr təhsili tezisli və tezizsiz olmaqla iki yerə ayrılır. Tezisli magistr proqramı elmi tədqiqatlara istiqamətlənir. Əgər akademik səviyyədə irəliləməyi planlayırsınızsa eyni zamanda magistratura üçün ödəniş etmək istəmirsinizsə tezisli proqramları seçə bilərsiniz. Təhsil müddəti iki ildir. Dissertasiya ilə magistr təhsili almağı planlayanlar üçün isə ALES imtahanlarından uğurla keçmək tələb olunur. Maksimum nəticənin dəyəri isə universitetlərin tələblərinə uyğun dəyişir. Zəruri sənədlərlə birgə müraciətinizi tamamladıqdan sonra müsahibə mərhələsi başlayır. Bu mərhələni də uğurla başa vurduqdan sonra qəbul olmağınızla bağlı nəticəniz sizə təqdim olunur.

Tezissiz magistr proqramı ixtisasınız və ya digər sahələr üzrə sahib olduğunuz bilik və bacarıqları praktikada tətbiq etməyi hədəfləyir. Bu proqramın müddəti iki və ya üç semestrdir. Tezisli magistr proqramından fərqli olaraq, tezissiz magistr proqramında ALES tələb olunmur. Arzuladığınız bütün universitetlərə bakalavr nəticələrinizlə müraciət edə bilərsiniz. 

Akademik Lisansüstü Eğitimi Girişim Sınavı (ALES) imtahanı nədir?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

ALES balı Türkiyədə, xüsusilə tezisli magistr proqramları üçün tələb olunur. Tezissiz magistratura pilləsində isə ALES ümumiyyətlə tələb olunmur. Bu imtahanda ümumilikdə analitik düşüncəni qiymətləndirmək üçün nəzərdə tutulan suallar ünvanlanır. İmtahanın müddəti 150 dəqiqədir. Əldə olunan sertifikatın etibarlılıq müddəti 5 ildir. İmtahanda riyaziyyat, həndəsə, ədədi məntiq, türkcə, məntiqi düşünmə (şifahi məntiq) sahələri üzrə suallar yer alır. ALES imtahan nəticəsi tələb olunan universitetlər üçün balınızın 70-dən yüksək olması üstünlükdür.

Ödənişsiz Türkiyədə magistr təhsili almaq mümkündürmü?

Etdiyiniz seçimlərə uyğun Türkiyədə magistr təhsili ödənişli və ya ödənişsiz ola bilər. Belə ki, dövlət universitetlərində dissertasiya işi ilə magistr dərəcəsini qazandığınız halda ödənişsiz təhsil almaq şansınız yaranır. Vəqf universitetləri və tezissiz magistr dərəcəsi isə ödənişlidir. İllik təhsil haqqları universitetlərə görə dəyişir. Ödənişlər haqqında ətraflı məlumatları universitetlərin internet saytından əldə edə bilərsiniz.

Türkiyədə magistr oxumaq üçün illik təhsil haqqı necə dəyişir?

Təhsil haqqları tədris türk dilində olan universitetlər üçün illik 300 – 600 dollar, tədris ingilis dilində olan universitetlərdə illik 600 – 900 dollar, vəqf universitetlərində isə

5,000 – 20,000 dollar arasında dəyişir.

Türkiyədə magistr təhsili üçün hansı sənədlər tələb olunur?

Türkiyədə magistr təhsili oxumaq üçün müraciət etdiyiniz universitetlərdən dolayı sənədlərin siyahısı dəyişə bilir. Lakin ümumilikdə zəruri olan sənəd toplusu ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz.

  • Bakalavr diplomu və onun tərcüməsi (türk və ya ingilis)
  • Transkript (İngilis və ya Türk)
  • Yenilənmiş CV Sənədi
  • Niyyət məktubu
  • Tövsiyə məktubları
  • Dil bilik sertifikatı 
  • Lisansüstü qəbul imtahan nəticəsi (ALES)

Bursla Türkiyədə magistr təhsili almaq mümkündürmü?

Qardaş ölkənin ali təhsil ocaqları azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanları təqdim edir. Onlar içərisində ən məşhuru yanvar-fevral aylarında qeydiyyatı başlayan Türkiyə burslarıdır. Eyni zamanda Erasmus proqramı ilə də burslardan yararlanmaq mümkündür. 

Bundan başqa TÜBİTAK təqaüdləri də vardır ki, aşağıdakı proqramlarda iştirak edən beynəlxalq tələbələrin təhsilini maliyyələşdirir:

  • Beynəlxalq tələbələr üçün bakalavr təqaüd proqramı
  • Əcnəbilər üçün tədqiqat təqaüdü
  • Az inkişaf etmiş ölkələr üçün magistr təqaüd proqramı
  • Beynəlxalq tələbələr üçün magistr təqaüd proqramı

Əlaqəli yazılar

Back to top button