Turkiyede magistratura imtahansiz
Magistr təhsilinə maraq gündən-günə artmaqdadır. Artıq gənclər tək bakalavr təhsili ilə kifayətlənmək istəmirlər. Xüsusilə də xaricdə magistarura oxumağa həvəs daha çoxdur. Öz ölkəsində təhsil nə qədər inkişaf etmiş olsada gənclər hər zaman xaricdə oxumağa həvəs göstərirlər.
Türkiyədə imtahansiz magistratura haqqında
Artıq Turkiyede magistratura imtahansiz mümkündür. Siz Türkiyənin özəl və dövlət universitetlərində imtahan vermədən magistr təhsili ala bilərsiniz.
Bakalavr diplomu ilə Türkiyənin prestejli dövlət və özəl universitetlərində magistratura oxumaq şansınız var. Universitetlərə qəbul bakalavr ortalama sına görə aparılır. Bakalavr ortalama balı 70+ üzəri olmalıdır.
Universitetlərə qəbul payız sessiyasına – oktyabr noyabr aylarında, yaz sessiyasına- aprel və may aylarında aparılır.
Magistr təhsil müddəti 2 ildir. Magistr pilləsində təhsil alan xarici tələbələrin 20 saat işləmə icazəsi vardır.
Türkiyədə imtahansız magistratura oxumaq üçün tələb olunan sənədlər aşağıdakılardır :
- Bakalavr Diplomu
- 2. Akademik Transkript
- 3. Xarici Passport
- 4. Europass CV forması
- 5. İki ədəd Akademik Referans məktub
Tehsil qiymetleri
İllik təhsil haqqı Türkiyə dövlət universitetlərində digər ölkələrdən aşağıdır. Təhsil haqqı dövlət universitetlərində 500 ilə 2000 manat arasındadır. Lakin bəzi tezsiz proqramlarda qiymət bahadır. Özəl universitetlərdə qiymətlər bir qədər yüksəkdir.
Türkiyədə imtahansız magistratura oxuya biləcəyiniz universitetlər :
- Zonguldak Bülent Ecevit Universiteti
- Yalova Universiteti
- Eskişehir Osmangazi Universiteti
- On dokuz Mayıs Universiteti (Samsun)
- Aksaray Universiteti
- Anadolu Universiteti
- Giresun Universiteti
- Sakarya Universiteti,
- Uşak Universiteti
- Süleyman Demirel Universiteti
- Balıkesir Universiteti
- Sinop Universiteti
- Nevşehir Universiteti
- Niğde Universiteti
- Ahi Evran Üniversiteti
- Kırklareli Universiteti