Türkiyədə təhsil

Türkiyədə qiyabi magistr təhsili

Əgər qiyabit təhsil illərdir məşhur idisə, pandemiya dönəmində bu təhsilin yanına distant təhsil də əlavə olunmuş və son illər yüksək dərəcədə məşhurluq qazanmışdır.  Distant təhsil yalnız əyanidə deyil, həm də qiyabi təhsildə mühim rol oynamışdır.
Belə ki, distant təhsil proqramları əyani şəkildə kurslarda iştirak edə bilməyən bir çox tələbəyə təhsil istəklərini həyata keçirməyə kömək edir. Eləcə də məsələn siz qiyabi magistr təhsili alırsınız lakin dərs zamanı işlərinizlə bağlı dərsə qatılmaq imkanınız olmursa, distant təhsil proqramları kompüter və internet bağlantısı ilə istənilən yerdən təhsil almaqda köməklik göstərir.

Ümumiyyətlə, qiyabi magistr təhsili formasında təhsil alan, ən əsası distan oxuyan tələbələrin daha böyük faizi əslində işləyən insanlardır. Distant təhsil bu cür tələbələrə onsuz da çox məşğul olan iş qrafikinə mane olmadan təhsil almaq üçün əlverişli vaxt tapmağa imkan verir, belə ki, tələbələr işdən sonra, gecə yarısı və ya həftə sonları oxuya bilərlər. Tədris materiallarını və təlimatları isə istənilən vaxt onlayn əldə edə bilirlər. Tələbələr həm pul qazanır həm də bilik.

Türkiyədə qiyabi magistr təhsili niyə seçilir?

Türkiyə dünyanın istənilən nöqtəsindən əcnəbi tələbələri cəlb edən mədəniyyət baxımından zəngin bir ölkədir. Türkiyədə münasib qiymətli təhsil proqramları, ingilis dilində də tədris olunan magistr proqramlarının sayı, təhsil haqları, yaşayış, səhiyyə və hətta səyahət xərclərini əhatə edə çox saylı təqaüd proqramları sayəsində cəlbedici ölkədir. Burada yaşayarkən və təhsil alarkən özünüzü gözəl, lakin təzadlı Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində tapacaqsınız. Türkiyəni dərindən araşdırmağa dəyər olan ənənələrin, festivalların və mətbəxlərin unikal qarışığı olan ölkədir.

Distant və ya qiyabi magistr təhsili nədir?

Distant həmçinin qiyabi təhsil türkcə “uzagdan eğitim” adlanır. Yəni normal qiyabi təhsil zamanı tələbə ildə iki dəfə, hər 6 aydan bir universitetə gedir, 10 gün sessiyada iştirak edir və növbəti 10 gün isə imtahanlarda iştirak edir. Türkiyədə isə bu fərqlidir. Türkiyədə qiyabi təhsil alan zaman tələbə ildə iki dəfə 3 gün qalmaq şərti ilə gedir. Sessiyaları isə kompüterlə onlayn şəkildə alır. Sırf bu təhsil distant təhsil adlanır yəni qiyabi deyil və müəyyən qədər fərqlənir.

Türkiyədə qiyabi təhsil alıb, bitirdikdən sonra aldığınız diplomla Ali təhsilli biri kimi Azərbaycanda və Avropanın 30 dan çox ölkəsində işləmək imkanına sahib olursunuz.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Qiyabi magistr təhsili necə adlanır?

Türkiyə Respublikasında qiyabi təhsil “uzaktan eğitim” adlanır. 184 ali təhsil müəssisəsindən 68-I universitet təhsili təklif etməkdədir və 1927-1960-cı illər arasında distant təhsil sahəsində aparılan müzakirələr və təkliflər, distant təhsilin yaranma mərhələsini təşkil etmişdir. Bu müddətdə ünsiyyət vasitəsi ilə savadlılığın yayılması qarşıya məqsəd qoyulmuşdur. Türkiyədə distant təhsil ilk dəfə 1950-ci ildə Ankara Universiteti Hüquq fakültəsinin işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunub. Daha sonralar distant təhsil bütün ölkə üzrə həyata keçirilməyə başlamışdır və ilk dəfə kompüter dəstəyi vasitəsilə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq edilib.

Türkiyədə qiyabi magistr təhsilini bitirdikdən sonra sizin aldığınız diplom Avropanın 30 dan çox ölkəsində tanınır, o cümlədən də Türkiyədə.
Türkiyədə qiyabi magistr təhsili zamanı attestat qiymətlərinin heç bir önəmi və yaş məhdudiyyəti yoxdur. İstənilən yaşda öz attestatınızla Türkiyədə qiyabi təhsil ala bilərsiniz.

Ənənəvi təhsildən vaxt baxımından yararlana bilməyən və işləyən insanlar üçün təhsillərini davam etdirmək imkanı təqdim edən ən yaxşı alternativdir.

Ənənəvi təhsil sisteminin əlavə xərclərini aradan qaldıraraq, müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyan insanların yenidən təhsil almasına şərait yaradır.

Şirkətimiz aşağıdakı universitetlərdə qiyabi təhsil imktanı təklif edir:

Back to top button
Close