Türkiyədə təhsil haqqında hansı məlumatları mütləq bilməliyik?
Günümüzdə dövlət və özəl qurumların əksəriyyəti fərqli ölkələrdə məzun olan namizədlərin işə qəbuluna üstünlük verir. Çünkü bu zaman kollektivin məhsuldarlığı daha çox olur. İstənilən halda müxtəlif təcrübələrə sahib əməkdaşlarla çalışmaq həm iş baxımından ham də sosial mənada öz sözünü deyir. Bəzən məlumat azlığı səbəbindən fərqli ölkədə təhsil almaq bizim üçün vahiməli səslənə bilər. Maddi, mənəvi maneələr səbəbindən komfort zonamızı tərk etmək istəmərik. Bəs arzuladığımız şirkətlərdə karyera qurmaq üçün xaricdə təhsil almaq sərhədlərini necə aşa bilərik?
Bəzən müxtəlif qorxularımız, ailəmiz, əzizlərimiz, maddi çətinliklərimiz təhsil sərhədlərini aşmağın qarşısını alır. Ancaq bu kimi məqamlarda qardaş ölkənin nüfuzlu universitetləri köməyimizə çata bilər. Gəlin, Türkiyədə təhsil haqqında daha ətraflı tanış olaq.
Türkiyədə təhsil almaq üçün nə tələb olunur?
Türkiyədə təhsil haqqında qısa araşdırma etsəniz əslində qardaş ölkədə tələbə olmağın nə qədər əlçatan olduğunu görə bilərsiniz. Yaşayış xərclərinin, təhsil haqqlarının münasibliyi, dil, mədəniyyət oxşarlığı, gediş-gəlişin nisbətən rahatlığı üstün cəhətlərdəndir.
Bəs Türkiyənin nüfuzlu universitetlərinə necə qəbul olmaq olar?
- Tək attestat sənədinizlə
- Qəbul imtahanı balınızla
- Beynəlxalq imtahan nəticələrinizlə (SAT, İELTS və s.)
- Türkiyə universitetlərinin xüsusi imtahanlarından uğurla keçərək (YÖS və s.)
Qəbullar dövlət, özəl və ya vəqf olmaqla müxtəlif universitetlər üçün həmçinin bütün tədris növləri (əyani, qiyabi, distant) üzrə keçərlidir. Eyni zamanda bakalavr, magistratura, doktorantura təhsil pillələri üzrə türk, ingilis dillərində təhsil ala bilərsiniz. Bunun üçün arzuladığınız ixtisası dəqiqləşdirərək üz tutmaq istədiyiniz universitetləri seçmək və onların tələblərinə uyğun sənədləri toplamaq yetərlidir. Zəruri sənədlərin siyahısı aşağıdakı kimidir.
- Attestat və ya Kollec diplomu (Attestat yoxdursa 11 ci sinifi bitirdiyinə dair arayış)
- Transkript (Qiymət cədvəli) 9-10-11 qiymətlərinin çıxarılışı
- Fotoşəkil 3×4 ölçüsündə
- Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
Magistratura üçün :
- Bakalavr diplomu
- Transkript (Qiymət cədvəli) qiymətlərinin çıxarılışı (4 illik)
- Fotoşəkil (rəngli) 3×4 ölçüsündə
- Xarici Passport və ya Şəxsiyyət vəsiqəsi
- 2 Ədəd tövsiyə məktubu universitet müəllimlərindən
- Niyyət məktubu 1 ədəd
Qeyd edək ki, Türkiyə universitetlərinə istənilən təhsil pilləsi üzrə (bakalavr, magistratura, doktorantra) və bütün tədris növləri (əyani, qiyabi, distant) baxımından müraciət etmək mümkündür.
Arzuladığımız ixtisaslara uyğun ən nüfuzlu universitetləri necə seçə bilərik?
Türkiyədə təhsil haqqında ən dolğun məlumatları adətən universitetlərin rəsmi saytlarından və ya bu istiqamətdə çalışan təhsil ekspertlərindən əldə etmək faydalıdır. Həmçinin bir çox məlumatları toplayıb həmin mütəxəssislərlə birgə müzakirə edərək sizin üçün ən düzgün seçimləri müəyyənləşdirə bilərsiniz. Çünkü büdcənizə, arzularınıza, gələcək karyeranıza prespektivli olmaq cəhətdən qərar verməyiniz lazımdır. Bu baxımdan peşəkar ünvanlara, şirkətlərə və mənbələrə üz tutmağınız məsləhət görülür.
Türkiyədə təhsil almağın üstünlükləri nələrdir?
Türkiyədə təhsil haqqında bəzi üstün məqamları diqqətinizə çatdırmaq istərdik.
- Daim yenilənən yüksək səviyyəli təhsil sistemi
- Universitetlərə qəbulun nisbətən daha rahat olması
- Arzularınıza uyğun geniş ixtisas seçimləri
- Digər Avropa ölkələriylə müqayisədə təhsil haqqlarının inanılmaz ucuz olması
- Yataqxana, nəqliyyat və digər yaşayış xərclərinin münasibliyi
- Tələbələrə məsuliyyət və sevgiylə yanaşan peşəkar müəllim heyyəti
- Ölkəmizdə və bütün Avropada tanınan beynəlxalq diplomlar
Türkiyə universitetlərinin diplomları rəsmi formada tanınırmı?
Bu sual bütün tələbələri narahat edən məsələlərdəndir. Ancaq artıq günümüzdə qardaş ölkənin əksər universitetlərinin diplomları nəyinki ölkəmizdə beynəlxalq formada tanınır.
Türkiyə universitetlərində təhsil haqqları münasibdrmi?Türkiyə universitetləri Avropa ölkələri ilə müqayisədə illik təhsil haqqının münasib olması ilə fərqlənir. Belə ki, bakalavr pilləsi üzrə illik təhsil haqqları 500-800 manatdan, magistratura pilləsi üzrə isə qiymətlər X manatdan başlayır.