Turkiye Universitetleri

Üsküdar Universiteti

Üsküdar Universitetində təhsil almağın üstünlükləri nələrdir?

“İnsanı anlamaq üçün bir addım daha yaxın..” sloqanı ilə yeni həyata atılan gəncləri peşəkar kadr, bacarıqlı, inamlı, özünü inkişafa meyilli şəxsiyyətlər olaraq yetişdirən Üsküdar Universiteti… Üsküdar Universiteti İstanbulun Anadolu yaxasındakı rayonlarından biri olan Üsküdarda yerləşən vəqf universitetidir. Üsküdar Universiteti Türkiyədə pozitiv psixoloji istiqamət baxımından ən qabaqcıl ali təhsil ocağıdır. Pozitiv psixologiya sahəsində ilk akademik qaynaq olan “Pozitiv psixologiyaya müsbət prespektiv – 10 addımda çox zəka tətbiqləri” adlı kitab da məhz sözügedən universitetinin müəllimləri tərəfindən hazırlanıb. Üsküdar Universitetinin təhsil fəlsəfəsinin əsasını milliyətindən asılı olmayaraq tələbələrin gözləntilərindən daha yüksək təhsil xidmətləri göstərməkdir. Universitet tələbələrini klinik təcrübələrlə dəstəklənən çox yönlü metodlarla tək peşəkar kadr olaraq yox həmçinin sosial şəxsiyyət olaraq da yetişdirməyə çalışır. 2018-ci ilin avqust ayında UNESCO tərəfindən Üsküdar Universiteti Neyrobiologiya, Koqnitiv Tibb və Beyin Tədqiqatları sahəsindəki işinə görə “Mükəmməllik Mərkəzi” seçilib.

Üsküdar Universitetində tələbə olmaq sizə nə qazandıracaq?

  • İstanbulun mərkəzində Türkiyənin davranış və sağlamlıq elmlərinə əsaslanan ilk universitetidir,
  • Burada texnologiya və səhiyyə ilə əlaqəli bütün bölmələr yer alır,
  • Universitetin xəstəxanası mövcuddur,
  • “Pozitiv Psixologiya”nı tətbiq edən ilk universitetdir,
  • Erasmus+ proqramını dəstəkləyir,
  • Universitet Neyropsixofarmakologiya üzrə mükafat qazanıb,
  • Peşəkar akademik heyətə sahibdir,
  • Araşdırma mərkəzləri mövcuddur, 
  • Ən əsası isə, peşəkar səhiyyəyə dair haqqında axtardığınız hər şey buradadır!

Üsküdar Universitetində burs qazanmaq mümkündürmü?

Hər il böyük coşquyla Üsküdar Universitetinə axın edən əcnəbi tələbələrin təhsil haqqına mütəxəssislər şurasının müəyyən etdiyi aralıqlarda müxtəlif endirimlər tətbiq olunur. Ümumilikdə sözügedən universitetin təqaüd proqramları yalnız təhsil haqqını əhatə edir. 

Üsküdar universitetində hansı fakültələr var?

  • Humanitar və Sosial Elmlər Fakültəsi
  • Mühəndislik və Təbiət Elmləri Fakültəsi
  • Sağlamlıq Elmləri Fakültəsi
  • Tibb fakültəsi
  • Stomatologiya fakültəsi
  • İctimaiyyətlə əlaqələr fakültəsi

Üsküdar Universitetində gənclər daha çox hansı ixtisaslara üstünlük verir?

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Üsküdar Universitetində tədris türk və ingilis dillərində həyata keçirilir. Bakalavr, magistratura və doktorantura olmaqla bütün təhsil pillələri üzrə tələbələrin qəbullarıı həyata keçirilir. Gənclər tərəfindən ən çox seçilən bölmələr isə bunlardır:

  • Psixologiya
  • Tibb Fakültəsi
  • Tibb bacısı
  • Mühəndislik bölmələri

Üsküdar Universitetinə qəbul olmaq üçün hansı şərtlər tələb olunur?

Dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparan Üsküdar universiteti əcnəbi tələbələr üçün geniş imkanlar təqdim edir. Türkiyənin tədris sektorunda beynəlxalq standartlara əsaslanaraq təhsil vəd edən universitet olması hər il buraya xarici tələblərin axın etməsinə səbəb olur. Əcnəbi tələbələrə hər hansısa imtahanından keçmək məhdudiyyəti tətbiq olunmur. Sadəcə orta məktəb təhsilini təsdiq edən attestatları ilə onlar üçün ayrılmış kvotalar üzrə müraciətlərini həyata keçirə bilərlər. Türkiyədə dövlət universitetləri yalnız YÖS ilə tələbə qəbullarını həyata keçirdiyi halda, Üsküdar Universiteti əcnəbi namizədləri orta məktəb diplomu və ya ortalama bal göstəriciləri ilə istədikləri bölmələr üzrə təhsil almalarına şərait yaradır. Bunun üçün universitetin rəsmi internet saytına daxil olaraq qeydiyyatdan keçmək kifayətdir ki, orada zəruri hesab olunan sənədlər, tələblər və s. haqqında məlumat qeyd olunur. Əgər lazımi məlumatları tapa bilməsəniz xaricdə təhsil ekspertlərinə yaxınlaşa yaxud universitetin emailinə məktub ünvanlaya bilərsiniz. 

Son olaraq qeyd edək ki, Üsküdar Universiteti karyeranızda və şəxsi həyatınızda xoş izlər, dəyərlər buraxacaq ali təhsil ocaqlarındandır. Uğurlu karyeranızı ən nüfuzlu universitetlərə etibar edin!

Mövzu ilə əlaqəli suallar

Üsküdar Universiteti dövlət universitetidir?

Üsküdar Universiteti İstanbulun böyük əhəmiyyətə malik olan vəqf universitetidir.

Üsküdar Universitetində təhsil haqqları nə qədərdir?

Üsküdar Universitetində təhsil haqqları illik 2700-3000 dollardan başlayır. Ancaq bu məbləğ dəyişə bilir. Müraciət edəcəyiniz zamanda araşdırmağınız tövsiyyə olunur.

Üsküdar Universiteti Türkiyədə neçənci yerdədir?

Türkiyənin vəqf universitetləri arasında 4-cü yerdədir.

Back to top button