Xaricdə Təhsil

Xaricdə magistr proqramları üzrə qəbullar necə həyata keçirilir?

Gənclik onu doya-doya yaşamağı seçərkən bənzərsiz illərə çevrilər. Davamlı inkişafa çalışmaq, araşdırmaq, hədəflərini müəyyən etmək, cəsarətli addımlar atmaq, yeni təcrübələr, bilik və bacarıqlar qazanmaq məhz bu dövrlərdə etməli olduğumuz işlərdir. Müxtəlif motivatorların, ekspertlərin çıxışlarında bütün bunlarla yanaşı xüsusi vurğulanan başqa bir məsələ də vardır. İmkan olduğu qədər fərqli ölkəyə getməyə, xaricdə təhsil almağa çalışın. Bu həqiqətən də həyatımızda xoş dəyərlər yaradacaq, sıfırdan dəyişə biləcək bir qərardır. Yeni mədəniyyət, fərqli dostlar, geniş karyera fürsətləri və daha çoxu ilə bol olan bir həyata atılırıq. Elə bakalavr təhsilindən başlayaraq yeni ölkəni dəyərləndirmək olduqca prespektivli addımdır. Ancaq müxtəlif səbəblərdən dolayı bu fürsəti dəyərləndirə bilməmisinizsə heç də təəssüflənməyin. Qarşıda sizi xaricdə magistr təhsili almaq şansı gözləyir. Hazırda dünya ölkələri tələbə mübadiləsinə xüsusi diqqət yetirdiyi üçün xaricdə təhsil almaq imkanları da genişlənib. Hətta aylarla hər hansısa imtahanlara hazırlaşmağınıza və s. ehtiyac qalmadan. Sadəcə xarici dildə beynəlxalq sertifikata sahib olmağınız kifayət edə bilir. Gəlin görək, xaricdə magistr proqramlarının hansı növləri, yolları var. Ümumi olaraq hansı fürsətləri dəyərləndirmək mümkündür?

Xaricdə magistr təhsili almaq üçün müxtəlif müraciət formalarından yararlana bilərsiniz. 

  • Sadəcə bakalavr diplomu ilə
  • Təqaüd proqramları vasitəsi ilə
  • Xaricdə təhsil dövlət proqramı ilə

Sadəcə bakalavr diplomu ilə magistr təhsili almaq üçün şərtlər necədir?

Bakalavr təhsilini tamamlayan tələbələr əlavə imtahanlara ehtiyac olmadan sadəcə diplom ilə xarici universitetlərdə magistr təhsili ala bilərlər. Bunun üçün hansı ölkədə təhsil almaq istədiyinizə qərar verərək müvafiq universitetlərin rəsmi saytlarından qeydiyyat tarixlərini izləmək lazımdır. Universitetlərin müəyyən etdiyi bəzi tələblər ola bilər. Məsələn, bakalavr təhsilinizə dair ümumi qiymət ortalaması, xarici dil biliyi və s. Hər bir tələbə üçün geniş ixtisas və universitet seçimi vardır. İstər Türkiyə istərsə də Avropa ölkələrinin nüfuzlu universitetlərinə müraciətlər qəbul olunur. 

Müraciət üçün tələb olunan sənədlər isə aşağıdakılardır:
  • Bakalavr diplomu
  • Transkript (qiymət ortalaması)
  • Europass CV
  • Xarici pasport
  • 2 ədəd referans məktubu

Sadəcə bakalavr diplomu ilə hansı ölkələrdə magistr təhsili almaq olar?

Tək bakalavr diplomu ilə beynəlxalq tələbələrə öz qapılarını açan ölkələr siyahısına Türkiyə, Gürcüstan, Litva, Latviya, Polşa, İtaliya, Macarıstan və s. daxildir. Bu barədə daha ətraflı məlumat üçün xaricdə təhsil ekspertlərinə üz tuta bilərsiniz. Adətən konsultasiyalar ödənişsiz formada həyata keçirilir ki, bütün suallarınızı ünvanlaya bilərsiniz.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Xaricdə magistr təhsili üçün hansı təqaüd proqramları mövcuddur?

Günümüzdə xaricdə təhsil almağı düşünən tələbələrin əksəriyyətinin maliyyə dəstəyinə ehtiyacı var. Xoşbəxtlikdən hər il dəyişən ali təhsilin xərclərinə qarşılıq olaraq, müxtəlif universitetlərdə mövcud olan təqaüd proqramları da vardır. Tələbələr bu proqramlara qoşularaq təhsil xərclərini minimuma endirə bilərlər. Gəlin, həmin təqaüd proqramları ilə tanış olaq.

Fulbright Foreign Student Program – ABŞ

Əgər siz ABŞ-da təhsil almaq istəyirsinizsə bu proqram məhz sizin üçündür. Sözügedən proqram dünyanın 155 ölkəsindən hər il 4000 əcnəbi tələbəyə maliyyə dəstəyi verir. Dünyada ən populyar tələbə təqaüdləri arasında yer alaraq, təhsil haqqı, aviabilet, dərsliklər, tibbi sığorta və yaşayış xərcləri daxil olmaqla, tələbəlik illəri boyunca namizədlərə tam maliyyə dəstəyi təklif edir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz : – https://foreign.fulbrightonline.org/

Chevening təqaüdləri – İngiltərə

Xaricdə magistr təqaüdü dedikdə ilk ağıla gələn Chevening təqaüdü İngiltərə hökumətinin verdiyi dünyanın ən prestijli təqaüd proqramları siyahısına daxildir. İlk dəfə 1983-cü ildən tətbiq olunmağa başlayan təqaüd proqramı hazırda 160-dan çox ölkədən 1500-ə yaxın beynəlxalq tələbəyə 1 illik xaricdə magistr təqaüdü təklif edir. Namizədlərdən ən azı iki illik iş təcrübəsi, seçdikləri sahə üzrə bakalavr dərəcəsi və ingilis dili biliyi tələb olunur. Chevening təqaüdləri tələbələrin təhsil haqlarını, bir illik yaşayış xərclərini, viza haqqını, aviabilet xərclərini əhatə edir. Bundan əlavə, IELTS test imtahanı haqqı British Council tərəfindən ödənilir. Chevening Təqaüdü haqqında ətraflı məlumat üçün rəsmi internet saytına daxil ola bilərsiniz : – https://www.chevening.org/

Eiffel Excellence Scholarship Programme – Fransa

Eiffel Excellence Scholarship proqramı Fransada təhsil almaq istəyən tələbələrə magistr və doktorantura təqaüdü təklif edir. Fransa Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi bu təqaüd şansı magistratura tələbələri üçün aylıq 1.181€, doktorantura tələbələri üçün isə 1.700€ təqaüd imkanı təqdim edir. Təqaüd tələbələrin səyahət xərcləri, nəqliyyat, sağlamlıq sığortası və s. kimi digər xərclərini əhatə etsə də, təhsil haqqını qarşılamır. Ətraflı məlumat üçün – https://bit.ly/3zZWXiR

Griffith Remarkable Scholarship – Avstraliya

Xaricdə təhsil alıb dünyanın ən qeyri-adi ölkələrindən birində yaşamaq istərdinizmi? O zaman Avstraliyanın ən tanınmış universitetlərindən biri olan Griffith Universitetinin xaricdə bakalavr və magistratura təhsili üçün təklif etdiyi təqaüdlər məhz sizin üçündür. Beynəlxalq tələbələr üçün nəzərdə tutulan təqaüdlər tələbələrin təhsil haqlarının 50%-ni əhatə edir. Ətaflı məlumat üçün linkə keçid edə biilərsiniz – https://bit.ly/3MGDR8L

Swedish Institute Scholarships – İsveç

Swedish Institute Scholarships İsveç xarici işlər nazirliyi tərəfindən maliyyələşdirilir. Proqram təhsil, yaşayış xərcləri, aviabilet və sağlamlıq sığortasını əhatə edir. Namizədlərdən könüllü layihələrdə və ya iş təcrübəsində liderlik bacarıqları tələb olunur. Ətraflı məlumat üçün – https://bit.ly/2DUe6Pc

Türkiyə bursları

Türkiyə bursları tələbələrin təhsil, yataqxana, sığorta, aviabilet xərclərini qarşılayır. Magistr təhsili üçün isə 30 yaşdan aşağı olan namizədlər müraciət edə bilər. Qəbullar zamanı qiymət ortalamasının yüksək olması üstünlük hesab olunur. Ətraflı məlumat üçün – https://www.turkiyeburslari.gov.tr/

Xaricdə təhsil dövlət proqramı ilə magistr pilləsi üzrə müraciətlər necə həyata keçirilir?

“2022-2026 Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan tələbələr təhsil xərclərinin “2022-2026 Dövlət Proqramı” çərçivəsində qarşılanması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupuna (DPİQ) müraciət edə bilərlər. Namizədlərin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması əsas şərtlərdən biridir. Tələbələrin adı qeyd olunan imtahanlardan hər hanısısa biri üzrə (The Common European Framework of Reference for Languages – CEFR) ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALP, DUOLİNGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması önəmlidir. Daha ətraflı – https://dp.edu.az/az/faq?t=200

Xarici universitetlərdə qiyabi magistr təhsili almaq mümkündürmü?

Bir çox nüfuzlu dünya universitetləri beynəlxalq tələbələrə qiyabi təhsil almaq imkanları təqdim edir. Kovid-19 pandemiyasının kəskinləşdiyi dövrlərdə onlayn təhsilin önəmi daha da aktuallaşdı. İşini, evini, sevdiklərini tərk etmədən karyerasını inkişaf etdirmək istəyənlər üçün qiyabi təhsil forması ən uyğun seçimlərdəndir. Türkiyə və Avropanın əksər nüfuzlu universitetləri tələbələrrə qiyabi təhsildən yararlanmaq imkanı yaradır. Magistr təhsili üzrə beynəlxalq diplom əldə etmək istəyənlər üçün qiyabi tədris forması təqdim edən universitetlərin bəzilərini sizin üçün bir araya gətirdik.

  • Wageningen Universiteti 
  • Stokholm Universiteti
  • Birmingham Universiteti
  • Cənubi Avstraliya Universiteti 
  • Florida Beynəlxalq Universiteti 
  • York Universiteti
  • New England Universiteti
  • New Orleans Universiteti
  • Fanshawe Kolleci
  • Dublin Trinity Kolleci
  • Oksford Universiteti
  • Stanford Universiteti

Qiyabi magistr təhsili təklif edən Türkiyə universitetlərinin bəziləri

  • Atatürk Universiteti
  • Beykent Universiteti 
  • Celal Bayar Universiteti 
  • Dicle Universiteti 
  • İnönü Universiteti 
  • Istanbul Universiteti
  • Maltepe Universiteti 
  • Namiq Kamal Universiteti 
  • Sakarya Universiteti
  • Çanakkale Onekiz Mart Universiteti
  • Marmara Universiteti (istanbul)

Xaricdə magistr təhsili üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu
  • Transkript (qiymət ortalaması)
  • Europass CV
  • Xarici pasport
  • 2 ədəd referans məktubu

❓Əsas verilən suallar

Xaricdə təqaüdlü magistr təhsili almaq mümkündürmü?

Bəli, Avropa, Amerika və Türkiyə universitetləri tələbələrə müxtəlif təqaüd proqramları təklif edir.

Xaricdə magistr təhsili üçün ödənişlər nə qədərdir?

Təhsil haqqları ölkəyə, universitetə, ixtisasa görə dəyişir. Bu barədə müraciət etmək istədiyiniz universitetlərin rəsmi saytlarından məlumat əldə edə bilərsiniz.

Xaricdə magistr təhsili alarkən diplomlar tanınırmı?

Əksər universitetlərin diplomları beynəlxalq formada tanınır. Ancaq yenə də universitet haqqında araşdırma edərək buna bir daha əmin ola bilərsiniz.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button