Xaricdə Təhsil

Xaricdə təqaüdlə təhsil

Xaricdə təhsilin yüksək səviyyədə olması və aktiv tələbə həyatı bizim gənclər üçün cəlbedicidir hər zaman. Yalnız təhsilin özü deyil, həm də tələbələr üçün yaradılan geniş imkanlar, karyera fürsətləri və prestijli aparıcı universitetlərin diplomlarını qazanmaq gənclər üçün cəlbedicidir.

Son illərdə xaricdə təhsilə olan maraq və tələbat bu və digər səbəblərlə bağlı artmışdır. Yerli təhsilimizdə çox da güclə tədris edilməyən təhsil proqramı, müəyyən köhnə dərs proqramları tələbələrin xaricdə təhsil almasına meyil yaradır həmçinin.

Xüsusilədə bakalavr təhsilini yerli universitetlərdə bitirən gənclər magistr təhsillərini xaricdə davam etdirirlər.

Çünki həmin tələbələr yerli universitetdəki təhsil və təlimlə tanış olduqdan sonra bakalavr təhsillərində kifayət qədər ixtisas biliklərinə yiyələnmədiklərindən dolayı xaricdə təhsil ixtisaslarında peşəkarlaşmaqları üçün əhəmiyyətlidir. Lakin xaricdə təhsil xarici tələbələr üçün baha başa gəlir. Buna görədə tələbələr xaricdə təhsil almaq istəklərini təqaüd proqramları vasitəsilə reallaşdırırlar. Bu proqramlar vasitəsilə onlar təhsil haqqlarını və qalmaq xərclərini qarşılayırlar.

Xaricdə təqaüdlə təhsil almaq üçün nə etmək lazımdır?

İlk növbədə xaricdə təhsil almaq istədiyiniz ölkəni və universiteti seçməlisiniz. Təqaüdlərin həm dövlət, həm də universitet tərəfindən maliyyələşdirilən proqramları mövcud olur. Burada diqqət etməli olduğunuz bir məqam var ki, bahalı və reytingi çox yüksək olan universitetlərdən uzaq durmaqdır. Çünki xaricdə təqaüdlə təhsil aldıqda belə müəyyən qədər xərcləriniz olacaq. Bu xərclərə vizanın alınması, sığorta xərcləri, imtahan xərcləri və digərləri aiddir. Bu kimi səbəblərdən dolayı bahalı universitetlərin təqaüd proqramlarına müraciət etmək tövsiyə olunmur, çünki həmin universitetlərin xərcləri çox yüksək ve təqaüd proqramlarına olan rəqabət isə güclü olur. Bundan sonra isə siz təqaüd proqramlarının müəyyən tələbləri tanış olmaq mütləq lazımdır. Bu tələblər qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq fərqlənsə də, əsasən aşağıdakı göstəricilərə malik olan namizədlər təqaüd proqramına qəbul ola bilirlər:

1. Şəxsi portfolionu hazırlamaq

Müxtəlif ölkələrdə təqaüd proqramlarına qoşulmaq istəyən minlərlə tələbələr var. Bu isə öz növbəsində minlərlə rəqib deməkdir! Həmin rəqiblərdən fərqlənmək üçün isə imkan olduğu qədər ölkə daxilində və xaricində olan təlim və seminarlarda iştirak etmək lazımdır. İxtisas biliklərinizi artıran proqramlarda iştirak etməli və davamlı olaraq öyrənmək mütləqdir. İş təcrübəniz və sosial bacarıqlarınız isə yüksək səviyyədə olmalıdır ki, sizi təqaüd proqramına qəbul etsinlər.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

2. Dil biliyini təsdiq edən sertifikata sahib olmaq lazımdır

Dil bilikləri xaricdə təhsil almaq üçün, müəllimlər və tələbə yoldaşları ilə  kommunikasiya əlaqələri qura bilmək üçün kifayət qədər yüksək səviyyədə olmalıdır. Təqaüd Proqramına qəbul olmaq üçün tələb olunan İELTS və ya TOEFL imtahan nəticəniz isə tələb olunan bala uyğun olmalıdır.

3. İmtahan nəticəsi

Qəbul imtahanının nəticə göstərici isə əsas tələblərdən biridir. Təqaüd proqramına qəbul olmaq üçün universitet tərəfindən tələb olunan imtahanda yüksək nəticə əldə etmək lazımdır ki, digər rəqibləri deyil, sizi seçsinlər. Həmin imtahanlara əsasən GRE, GMAT, SAT və digərləri aiddir.

4. GPA nəticəsi

Bu göstərici isə təqaüd proqramına qəbul üçün əsas deyil. Amma oxşar rəqiblərdən sizi fərrqləndirə biləcək imtahandır. Bu səbəbdən görədə universitet təhsili vaxtı imtahan qiymət ortalamasını (GPA) mümkün qədər yüksək tutmaq lazımdır.
Təqaüd proqramlarına qəbul olmaq üçün bəzən universitet tərəfindən tövsiyə və motivasiya məktubları tələb oluna bilər. Qeyd etdiyimiz kimi, bu tələblər universitet və ixtisasdan asılı olaraq dəyişisə də, ümumilikdə yuxarıda qeyd olunanlar tələb olunur.

Xaricdə təhsil ilə bağlı isə tərəddüd etmədən bizə müraciət edə bilərsiniz!

Back to top button
Close