Ümumi

Türkiyə bursları qazanmaq üçün nə etməliyik?

Bəzən küçədə gəzərkən, universitetdə müəllimlərimizdən, motivatorlardan, yaxud müxtəlif tədbirlərdə, fərqli insanların dilindən Türkiyə bursları haqqında eşidirik. Bəlkə də bu həyatın bizim qarşımıza çıxardığı növbəti uğur şansıdır. Doğru zamanda cəsarətli addımlar ataraq, öz komfort zonamızı tərk etməkdən çəkinmədən hədəflərimizə tərəf addımlamaq daim bizə böyük uğurlar gətirər. Türkiyə bursları gənclər üçün son dövrlərdə yaradılmış inkişaf yönümlü bənzərsiz təhsil imkanlarından biridir. Müvafiq təqaüd proqramına bakalavr, magistr, həmçinin doktorantura üzrə təhsil almaq istəyən bütün tələbələr müraciət edə bilər. Müsbət cavab alan namizədlər qardaş ölkədə ödənişsiz təhsil almaq hüququ əldə edir. 

Bəs gəlin görək, Türkiyə bursları tələbələr üçün başqa nə vəd edir?

  • Ödənişsiz təhsil
  • Aylıq təqaüd
  • İcbari sığorta
  • Ödənişsiz yataqxana
  • Qidalanma
  • Pulsuz gediş və dönüş aviabiletləri

Müraciət üçün hansı sənədləri təqdim etmək tələb olunur?

  1. Şəxsiyyət vəsiqəsi və ya pasport
  2. Şəkil
  3. Magistr təhsili üçün diplom
  4. Referans və motivasiya məktubları
  5. Transkript
  6. Beynəlxalq imtahan nəticələri
  7. Dil sertifikatları
  8. Digər sertifikatlar(əgər varsa)
  9. Tədqiqat mövzusu təklifi və gördüyünüz işin yazılı nümunəsi (yalnız doktorantura proqramları üçün)

Türkiyə bursları üçün müraciətlər hansı tarixlərdə olur?

Türkiyə bursları üçün qeydiyyatın başlaması barəsində yanvar-fevral aylarında rəsmi saytda məlumatlar elan olunur. Həmin tarixlərdə yuxarda qeyd olunan sənədlər toplusunun dəqiq və tam formada olmasından əmin olaraq qeydiyyatdan keçə bilərsiniz. Nəticələr isə avqust ayında elan olunur.

Xaricdə Təhsil üçün Whatsappla Müraciət edin.

Türkiyə bursları karyeramız üçün nə vəd edir?

İstənilən halda fərqli ölkədə ödənişsiz təhsil imkanlarından yararlanmamaq yalnış seçim olardı. Eyni zamanda bu fürsəti qazanmaq üçün bir qədər əzmlə mübarizə aparmağınız önəmlidir. Çünkü qarşıda sizi münasib şərtlərlə həddsiz karyera imkanları, yeni dostlar, əyləncə dolu günlər gözləyir. Unutmayın ki, qazndığınız hər uğur hər zaman müxtəlif şirkətlər, məşhur insanlar tərəfindən yüksək qiymətləndirilərək sizi daha böyük nailiyyətlərə doğru aparacaq. Məsələn CV-nizdə Türkiyə bursları üzrə uğur qazanan tələbələrdən olduğunuz detalını qeyd etmək qarşı tərəfdə sizin haqqınızda kifayət qədər müsbət fikirlər yaradacaq.

Türkiyə bursları hansı kriteriyalara əsasən qiymətləndirilir?
Türkiyəbursları üçün müraciətlər namizədin təhsil uğurlarından, sosial aktivliyindən və seçdiyi ixtisas ilə bağlı motivasiyasından asılı olaraq dəyərləndirilir.

Əlaqəli yazılar

Bunlar maraqlıdır
Close
Back to top button