Son zamanlar Xaricdə təhsil üçün ən çox seçilən ölkələrdən biri və birincisi qardaş ölkə Türkiyədir. Bunun isə bir çox əsas səbələri var. Məsafə, eyni dil, mədəniyyət oxşarlıqları hamımıza məlum olan əsas məsələlərdir. Bundan başqa digər ölkələrdən də Türkiyəni seçən tələbələr çoxdur. Bunun üçün əsas səbəblər isə aşağıdakılardır.
Mədəniyyət
Türkiyə bir çox fərqli mədəniyyətlərin bir yerdə toplaşdığı avropa və asiyanın birləşdirən bir körpu olan ölkədir. Coğrafi baxımdanda tam idal bir hissədə yerləşir və körpü rolunu oynamaqdadır.
Türkiyədə hətta özünüzü eyni zamanda həm yerli həm də xarici vətəndaş kimi hiss edə bilərsiniz. Bura bir çox xarici vətandaşların axın etdiyi və tələbələrin oxuduğu universitetlər də mövcuddur.
Türkiyədə fərqli mədəniyyətlərə qarşı tolerantlıqda var. İnsanları fərqli mədəniyyətlərə hörmət edir, əliaçıq və dostcanlıdırlar. Bir sözlə bu ölkə sizin maraqlarınız üçün ideal məkandır.
Yaşayış xərcləri
Avropa ölkələri ilə müqayisədə Türkiyədə yaşayış xərcləri daha münasibdir. İstanbul kimi kozmopolit bir şəhərdə yaşamaq belə çox uyğundur. Dövlət universitetlərinin illik təhsil haqqları çox münsib, özəl universitetlər isə Avropa və Amerika universitetlərinə görə isə çox aşağı illik qiymətlərlədir.
Təhsil və inkişaf
Türkiyə əsrlərdir akademik layihələrə, sərgilərə ev sahibliyi etmiş bir məkandır. Bundan başqa ən son texnologiyalara sahib orta təhsil məktəbləri və universitetlər də mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibdən mühəndislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.
Təcrübə
Fərqli bir ölkədə, fərqli bir mədəniyyət içində yaşamaq həyatınızda çox qısa bir zamanda gözəl təcrübələr əldə etməyinizə səbəb olur. Bu isə sizə məhsuldar, peşəkar, sosial və akademik həyata qapılar açır. Əlbəttə, dünya görüşünüz də zənginləşir.
Yer
Türkiyə Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Fərqli mədəniyyətləri və çoxlu turistlərin axın etdiyi bir ölkədir. Türk dilini öyrəndikdən sonra burada yeni dostluqlar da qazana bilərsiniz.